Rus anarxizminin qurucusu M.Bakunin və tələbəsi  Neçayev ideal terrorçunu belə təsvir edir:

“Varlığının tək məqsədi yalnız sözləri ilə deyil, hərəkətləri ilə də cəmiyyətin mövcud quruluşuna qarşı savaşmasıdır. Mədəni dünyaya aid qanunlara, əxlaqi dəyər və əməllərə geri dönməz şəkildə qarşı çıxar... Yalnız bir şeyi bilir: yox etmək”.19 

Bu şəxslərin sözlərindən başa düşüldüyü kimi, terrorçular maddi-mənəvi hər şeyi əngəl görüb bütün əxlaqi dəyərləri rədd edirlər. Bakunin bir başqa sözündə belə demişdir:

“Gecə-gündüz (terrorçunun) bir düşüncəsi, bir qayəsi var: amansız şəkildə yox etmək. Bu arada məqsədini reallaşdırmaq üçün soyuqqanlılıqla və istirahət etmədən çalışar. Hər zaman ölməyə və məqsədinə mane olan hər kəsi əlləri ilə öldürməyə hazır olmalıdır”.

Terrorizmin əl kitabçası kimi tanınan “İnqilabçı kitabçası”nda  terrorçunun tərifi belə verilir:

“... Özünə qarşı sərt olduğu kimi, başqalarına da elə olmalıdır. Hər cür insan münasibətlərinə, sevgi və dostluğa olan meyilliliyə inqilab savaşının həyəcanı ilə güc gəlinməlidir”.20 

Bu sözlər terrorun qaranlıq üzünü ortaya qoyur və terrorun sülh və sevgi dini olan İslamla tam mənada zidd olduğunu göstərir.

    Mənbə
  • 19 https://teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html
  • 20 https://teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html
  •