Silah sektoru bir qisim mərkəzlər tərəfindən daima canlı tutulur və iqtisadi böhrandan təsirlənməyən yeganə sahədir. Alış-satışının bitmədiyi və davamlı yenilərinin dünya bazarına çıxarıldığı bu sektorun canlı tutulmasının yolu, təbii ki, müharibələrdir. Bunun üçün xüsusilə öz dinini savaş dini zənn edən və bu səbəbdən, ölüb-öldürməyə hazır olan kütlə, yəni İslam adına ortaya çıxan radikal qruplar təhrik edilir.
Bir qisim neoconlar və Qərbdəki digər İslam əleyhdarları vəhşiliyin dünyaya radikallar tərəfindən yayıldığı mövzusunda haqlıdırlar. Lakin onlar Üsamə Bin Laden kimi bəzi liderlər haqqında yanılırlar. Ümumiyyətlə, belə saxta liderlər İslamla əlaqəsi olmayan, fəqət müxtəlif kəşfiyyat orqanlarının nəzarətində saxlanılan şəxslərdir. Müəyyən yerlərdə qarışıqlığın çıxması və ya savaşın başlanması üçün dərhal önə çıxarılırlar. Qərb ölkələrində bar və kafelərdə vaxt keçirərkən əmr gələn kimi tez saqqal buraxır, qiyafəsini və üslubunu dəyişib Orta Şərqə məxsus görünüşə bürünürlər. Beləliklə, illərlə öyrəndiyi xürafələri tətbiq etmək üçün hərəkətə keçirlər.
Bu ssenari dünyada bir çox dəfə həyata keçirilmişdir. Bin Laden bu ssenarinin aktyorlarından yalnız biri idi. Bəzi gizli təşkilatlar Peyğəmbərimizin axırzamandakı ən böyük müjdəsi olan hz. Mehdinin gəlişindən və müsəlmanların bu mövzudakı səmimi arzusundan istifadə edib Bin Ladeni sanki Mehdi görünüşündə qələmə verdilər. Bir çoxlarını da buna inandırmağa çalışdılar. Bin Ladenlə başlayan proses təkcə Əfqanıstanı deyil, bütün müsəlman aləmini vurdu. Ssenarinin sonunda isə Bin Ladenin ölmüş görüntüləri yer aldı. Bu, planın ən diqqət çəkən hissəsi idi. Plana görə, müsəlman aləmi Mehdilərinin öldüyünü görəcək və bütün ümidləri kəsiləcəkdi. Bu, İslam aləminin gücdən salınıb daha çox istismar edilməsi üçün qurulmuş sistemli plan idi.
Radikal düşüncəlilər bu mövzuda, əlbəttə, günahkardırlar. Fəqət onları yetişdirən təşkilatlar da görməzlikdən gəlinməməlidir.
Silah sənayesi bu qədər güclü olduğu halda müharibə bəzi şəxslərin işinə yarayır. Müharibəyə təşviq edilənlər, əsasən, radikal qruplardır. Lakin buna pis niyyətləri üçün ehtiyac duyanlar radikalların başçılarıdır.
Radikallardan şikayət edən amerikalı və avropalılar bu başçıların özlərinin ətrafında olduğunu unutmamalıdır. Bu, radikal qrupların və xurafat üzündən məzhəblərə bölünüb bir-birini düşmən elan edənlərin günahını xəfiflətmir.
Lakin yenə də bu önəmli həqiqət görməzlikdən gəlinməməlidir. Necə ki, müsəlman ölkələrindəki etiraz və qiyamları açıq şəkildə yönləndirən təşkilatlar bu hədəflərini açıq şəkildə dilə gətirməkdən çəkinmirlər. Odur ki, belə vəziyyətdə şəxsi mənfəətlər düşünülməməlidir. Sülhün bərqərar olması üçün torpaq hərisliyi bitməli, düşmənçilik ortadan qalxmalı və xurafat düşüncəsi yox edilməlidir. Bütün bunlar üçün haqq dinlərə, din əxlaqına, dindarlara və Qurana ehtiyac vardır. Siyasi və maddi mənfəətlər, yaxud torpaq və ya ideologiyalar uğrundakı çəkişmələr davamlı böyüməyə meyillidir. Bunu ancaq gerçək din anlayışına əsaslanan təlim aradan qaldıra bilər. Qurana əsaslanan belə bir təlim yanlışlıqları ortadan qaldırar və bütün düşmənlikləri sona çatdırar. Zehinləri dəyişən insanlar düşmənlik və ya müharibə üçün heç bir əsas tapmayacaqlar. Qeyd etdiyimiz kimi, bunun yeganə yolu Quran əxlaqına uyğun təlim işləridir.