Darvinizm Avropa mədəniyyətinə hakim olmaqla yanaşı, onun “Həyat uğrunda mübarizə” tezisi də öz təsirini göstərməyə başladı. İlk növbədə, istismarçı Avropa dövlətləri istismar etdikləri ölkələri “təkamül prosesində geri qalmış irqlər” kimi təsnifləşdirdilər və öz əməllərinin düzgün olduğunu göstərmək üçün darvinizmə əsaslandılar. Darvinizmin siyasi təsirinin nəticələrinin ən qanlısı isə 1914-cü ildə başlayan Birinci Dünya Müharibəsi idi. Məşhur ingilis tarixçisi, professor Ceyms Jol “Avropa 1870-ci ildən sonra” (Eurore since 1870) adlı fundamental kitabında Birinci Dünya Müharibəsini hazırlayan amillərdən birinin o zamankı avropalı idarəçilərin darvinist düşüncəyə bağlı olduğunu göstərir. Məsələn, Avstriya-Macarıstanın ali baş komandanı, general Frants Baron Konrad fon Hötzendorff müharibədən sonrakı xatirələrində belə yazırdı:

“İnsana sevgini ön plana çıxaran dinlər, əxlaqi təlimlər və (bunun kimi) fəlsəfi doktrinalar bəzən, həqiqətən də, insan övladının həyat mübarizəsini zəiflədə bilirlər. Amma heç bir zaman bu mübarizəni dünyanın hərəkətverici qüvvəsi olmaqdan çıxara bilməyəcəklər... Dünya müharibəsinin böyük fəlakəti bu böyük prinsiplə tam uyğunluq şəraitində həqiqətə çevrilmişdir. İnsanların və dövlətlərin həyatının başlıca qüvvələri ilə meydana çıxan bu müharibə eynilə boşalması lazım olan bir ildırım gücü kimi təbii qanundur”.30

Belə bir ideologiyaya sahib olan Konradın nəyə görə Avstriya və Macarıstanı müharibəni başlamağa sürüklədiyini başa düşmək çətin deyildi. Bunun kimi fikirlər zamanın sadəcə hərbi şəxsiyyətləri ilə məhdudlaşmır. Alman komandanı Teobald fon Betman-Holviqin şəxsi müşaviri və yaxın dostu Kurt Rizler 1914-cü ildə belə yazırdı:

“Mütləq və əzəli düşmənlik insanlar arasındakı münasibətlərin təbiətində vardır. Hər yerdə gördüyümüz daimi nifrət... insan təbiətinin pozulmasından qaynaqlanmır, əksinə, bu, təbiət və həyat mənbəyinin özəyində vardır”.31

Birinci Dünya Müharibəsinin generallarından olan Fridrix fon Bernardi isə müharibə ilə təbiətdəki mücadilə  qanunları arasındakı bağlantını aşağıdakı şəkildə qurmuşdu:

Müharibə bioloji tələbat və zərurətdir, təbiətdəki ünsürlərin qarşı-qarşıya gəlməsi və mübarizəsi qədər vacibdir, bioloji cəhətdən yerinə düşən nəticələr verir, çünki bu nəticələr canlıların təməl xüsusiyyətləri ilə sıx bağlıdır”.32

Göründüyü kimi, Birinci Dünya Müharibəsi savaşıb qan tökməyi, əzab çəkib-çəkdirməyi inkişaf olaraq görən və bunları dəyişilməz  təbii qanun sayan avropalı alim, general və idarəçilərin sayəsində meydana çıxmışdı. Bütün bu kökündən yanlış fikirlərlə tənəzzülə, süquta və heçliyə sürükləyən ideoloji qaynaq isə Darvinin “həyat uğrunda mübarizə” və “sonradan düzəlmiş irqlər” anlayışlarından başqa bir şey deyildir.

Birinci Dünya Müharibəsi 8 milyon nəfərin ölümünə, yüzlərlə şəhərin xarabalığa çevrilməsinə və milyonlarla insanın yaralı, əlil, evsiz-eşiksiz və işsiz qalmasına səbəb oldu. Bundan 21 il sonra başlayan və 55 milyon insanın ölümünə səbəb olan nasizm müharibəsinin təməl daşı da darvinizmə əsaslanırdı.

    Mənbə
  • 30 Stanley Miller, Molecular Evolution of Life: Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, s. 7
  • 31 Jeffrey Bada, Earth, Şubat 1998, s. 40
  • 32 Leslie E. Orgel, "The Origin of Life on Earth", Scientific American, cilt 271, Ekim 1994, s. 78