Bura qədərki tədqiqatlarımıza görə, darvinizm XX əsrdə insanlığı fəlakətlərə sürükləyən və qarşıdurmaya meyilli olan çeşidli davakar ideologiyaların köküdür. Bu ideologiyalar darvinizmə əsaslanaraq özlərindən olmayanlarla qarşıdurmanı və ya savaşmağı dəstəkləmiş, bunu hətta ən əsas cəhətləri kimi mənimsəmişlər.
Dünyada fərqli inancların, fərqli dünyagörüşlərinin, fərqli fəlsəfələrin olması məlum həqiqətdir. Bütün bu fərqli fikirlərin bir-birinə tam zidd xüsusiyyətlərinin olması da son dərəcə təbii məsələdir. Ancaq bu fikirlər bir-birini iki fərqli şəkildə qiymətləndirə bilərlər:
- Özlərindən olmayanların varlığına hörmət göstərən, onlarla dialoq qurmağa çalışan və insanpərvər bir yol tuta bilərlər ki, bu, Quran əxlaqına uyğun olan yoldur.
- Özlərindən olmayanlarla qarşıdurma, savaşmaq, onlara zərər verərək üstünlük qazanmaq yolunu seçə bilər, yəni heyvani hərəkət edə bilərlər. Bu da materializmin, yəni dinsizliyin metodudur.
“Terrorizm” adını verdiyimiz fəlakət bu ikinci baxış bucağının ifadəsindən başqa bir şey deyil.
Bu iki fikir arasındakı fərqi tədqiq etdiyimiz zaman darvinizmin elm adı altında yürütdüyü “insan savaşan heyvandır” fikrinin insanlara son dərəcə böyük təsir göstərdiyini görürük. Qarşıdurma yolunu seçən insan və qrupların çoxunun darvinizmdən, bu ideologiyanın prinsiplərindən, bəlkə də xəbəri yoxdur. Amma onlar fəlsəfi kökünün nəticə etibarilə darvinizmə dayandığı bir nöqteyi-nəzəri mənimsəyirlər. Onları bunun doğruluğuna inandıran şey “bu dünyada güclülər irəlidə olur”, “böyük balıq kiçik balığı udur”, “savaşmaq hünərdir”, “insan savaşaraq ucalır” kimi kökü darvinizmə dayanan ifadələrdir. Darvinizmi yüksəkliyə qaldıran bu ifadələrin altı boş qalacaq.
Əslində, darvinizmi aradan qaldıranda onun yerində heç bir davakar fəlsəfənin qalmadığını görürük. Yer üzündəki insanların böyük qisminin inandığı üç ilahi dinin üçü də (xristianlıq, yəhudilik və İslam) qarşıdurmaya, qan tökməyə və amansızlığa qarşıdır. Hər üç dinin məqsədi yer üzündə sülhü və sakitliyi təmin etmək, məsum insanların öldürülməsinin, zülm və işgəncə görməsinin əleyhinə çıxmaqdır. Bu ilahi dinlər qarşıdurmanı, amansızlığı və davakarlığı Allahın insanlar üçün müəyyən etdiyi əxlaqa zidd olan, anormal və arzuolunmaz anlayışlar kimi qəbul edirlər. Amma darvinizm qarşıdurma və amansızlığın olmasını mütləq sayır, onları ən təbii, ən doğru və məcburi anlayışlar olaraq görür və göstərir.
Beləliklə, dünyamızı əhatə edən terror bəlasının kökündə bu qarşıdurma və şiddəti hədəfə gedən ən qısa yol kimi görən darvinizm gizlənir.