Eyni Allaha iman edən, hz. Muhəmmədin Allahın elçisi və Quranı haqq kitab qəbul edən bəzi müsəlmanlar bir-birini dindən çıxmaqda və küfrə düşməkdə ittiham edib qətlə yetirirlər. Xüsusilə son dövrlərdə şiələrin tolu şəkildə öldürülməsi və məscidlərinin bombalanması, eyni zamanda, gündəmdə olan İraq kimi yerlərdə bir qisim şiələrin sünnilərə hücumu diqqətləri İslam dünyasındakı anormallığa yönəltdi. Lakin bu qantökən zehniyyət nə yalnız terror təşkilatları ilə əlaqədar idi, nə də yeni bir xəstəlik idi: Misirdə şiə olduqları üçün, İraqda isə sünni olduqlarına görə müsəlmanlar öldürülüb küçələrdə sürüklənirlər. Baxın, çoxu bilgisiz olan insanları belə vəhşiliyə aparan səbəb televiziya və məscidlərdə İslam adından danışan bəzi din alimlərinin fətvalarıdır. Digər yandan, istər Orta Şərqdə şiə və sünni qrupların eyni ölkə daxilindəki mübarizəsində, istərsə də ölkələr arasındakı məzhəb savaşlarında yenə bu xürafələrə əsaslanan yanlış din anlayışı vardır. Əlbəttə, şiddət tətbiq etmək çox yanlışdır və bu, dinin əsası olan Qurana yönəlmədən düzəlməz.