“Charlie Hebdo” hücumunun ardınca Avropa dövlətlərinin parlamentləri sürətli çalışmalara başladılar. Bir-bir terrorla mübarizə qanunları çıxaran və qeyri-hökumət təşkilatlarından yardım almaq məqsədilə hərəkətə keçən Avropa ölkələri radikalların ideologiyasının daha da güclənməməsinə diqqət etməlidirlər. Radikal terror dünyanın demoqrafiyasını dəyişdirəcək təhlükə səviyyəsinə çoxdan çatmışdır. Sözügedən hücumun ardından Avropa Birliyinin quruluşunu, bəlkə də tamamilə dəyişdirə bilən təkliflər ortaya atıldı. Turizm, ticarət və diplomatiya sahələrində avropalıların həyat standartlarını aşağı salacaq bir təklif olan Şengen viza sistemini ortadan qaldırmaq və sərhəd nəzarət məntəqələrində ciddi yoxlamalar aparmaq gündəliyə gəldi. Sərhəd yoxlamalarının yenidən başlanmasını istəyən başlıca ölkələr arasında İngiltərə, Belçika, Danimarka, Fransa, Almaniya, Polşa, İspaniya və Hollandiya terror təhlükəsindən öz payını almış ölkələr arasındadır. Bəs bu ölkələr xalqı narahat edən və cəmiyyətdə qütbləşmə meydana gətirən həmin qanunlarla hansı nəticəni ala bilərlər? Bunu hər kəs bilməlidir ki, müsəlman qrupların həyatını daha da çətinləşdirməyə yönələn hər addım radikalları daha da aktivləşdirəcək. Çünki qəzəb və nifrət bu qrupları daha da hərəkətləndirir.
Çox ciddi güvənlik tədbirləri almaqla və şəhərdə həyatı çətinləşdirməklə terrorçunun ticarət mərkəzinə bomba qoymağını bir neçə dəfə əngəlləmək olar. Lakin o ticarət mərkəzində dekolte geyinən xanımlara nifrət edən xurafatçının fikrini dəyişdirmək qeyri-mümkündür. Qərb cəmiyyəti o ticarət mərkəzindəki hər kəsin həyatını dəyərli görən və mədəniyyətə hörmət edən nəsillər yetişdirməyi məqsəd güdməlidir. Əks təqdirdə, terrorla mübarizə həm maddi, həm də zaman baxımından girdaba dönər ki, bu da terrorçuların qələbəsi deməkdir.
Fransa Daxili İşlər naziri B.Kazenovun (Bernard Cazeneuve) sərhəd nəzarəti təklifi Avropa dövlətlərinin radikalizm mövzusunu qavramadığını açıq şəkildə göstərir. Kazenov Avropa Birliyindəki sərhədlərə nəzarət məntəqəsinin yerləşdirilməsinin əvəzinə həmin ölkələrə girişi çətinləşdirən qanun layihəsi təklif etdi. Fransız nazirin radikal təhlükənin sərhəd tanımadığının, Avropanı nə qədər təhdid etdiyinin və genetik mənada avropalı ailələrdə doğulan gənclərin radikallaşma ehtimalının hələ fərqində olmadığı görünür. Halbuki dövrümüzdə əlaqə vasitələri artıq radikal terror qruplarının internet üzərindən təbliğatına, dolayısilə, hər an dünyanın hər yerinə fikrən çatmasına imkan yaradır.
1950-ci illərdə Kubada ortaya çıxan kommunist partizan hərəkatı üçün tərəfdar toplamaq partizanların Sierra Maestrada yerləşən dağlıq kəndlərini bir-bir ziyarət etməsi anlamına gəlirdi və kəndləri hərbi blokadaya almaq bu irəliləməni yavaşlada bilərdi. Yaxud Sun Tzunun kitabının əldən-ələ keçməsinin qarşısını almaq Uzaq Şərq ölkələrindəki partizan döyüşçülərinin məlumatlanmasına təsir göstərə bilərdi. Keçmişdə belə idi. Halbuki indi internetlə dünyanın ən yüksək yerindəki kənd də, ən uzaq ada dövləti də tək bir düymə uzaqlığındadır. İnternetin filtrlənməsinin də bilgiyə çatmağın durdurmadığını məlum etdi. Bir sayt bağlandıqda bir başqası həmin an digər ünvanda ortaya çıxır. Artıq terror olaylarını hücrələrdə fəaliyyət göstərən və “yalnız qurd” adı verilən şəxslər yönləndirir.
Bu təhlükənin qarşısında tətbiq ediləcək bir metod qalır: ideoloji təlim üçün internetdən, televiziya və radiolardan istifadə etmək. Radikalların təbliğat saytlarının sayı mindirsə, bizim sevgi və qardaşlığı təbliğ edən saytlarımızın sayı on minlərlə olmalıdır. Avropa müsəlman cəmiyyətlərdə yalnız Qurana əsaslanan anlayışın formalaşmasına çalışmalıdır. Dünyada müsəlmanların ən çox yaşadığı ölkələrdən biri olmasına baxmayaraq, demokratik və dünyəvi qanunlara malik olan Türkiyə bu işdə Qərbə yardımçı ola bilər. Avropa ölkələrində müsəlmanların sayı çox az olsa da, qərbdə terror təşkilatlarına qoşulanların sayı 99 faizi müsəlman olan Türkiyə ilə müqayisədə daha çoxdur. Bu prizmadan baxdıqda ölkəmiz terrora qarşı Avropanın müttəfiqi olmağa uyğundur. Türkiyə keçmişindən gətirdiyi gözəl əxlaq xüsusiyyətlərini gələcəyə də daşıya bilən ölkədir.