Sosial darvinizmin sağ qanadında faşistlər yer aldığı kimi, sol qanadında da kommunistlər dayanırdılar. Darvinin nəzəriyyəsinin ən qatı və alovlu tərəfdarları arasında kommunistlər hər zaman vacib yer tutmuşdur.

Darvinizmlə kommunizm arasındakı bu əlaqə hər iki “izm”in qurucularına qədər gedib çıxır. Kommunizmin qurucuları olan Marks və Engels Darvinin “Növlərin mənşəyi” adlı kitabını çap edilər-edilməz oxumuş və kitabdakı “dialektik materialist” yanaşmaya heyran olmuşdular. Marksla Engelsin arasındakı məktublaşmalar onların hər ikisinin Darvinin nəzəriyyəsini kommunizmin təbiət elmləri baxımından təməli saydığını göstərir. Beləliklə, Engels, Darvinin təsiri ilə qələmə aldığı “Təbiətin dialektikası” adlı kitabında Darvini tərifləmiş və bu kitabın “Meymunun insana çevrilməsində əməyin rolu” adlı bölməsində təkamül nəzəriyyəsinə özünəməxsus əlavələr etməyə çalışmışdı.

Marks və Engelsin yolunu davam etdirən Plexanov, Lenin, Trotski və Stalin kimi rus kommunistlərinin hamısı Darvinin təkamül nəzəriyyəsini mənimsəmişdilər. Rus kommunizminin banisi sayılan Plexanov özünün “marksizm darvinizmin sosial elmlərə tətbiq edilməsidir”37 fikri ilə məşhurdur.

Trotskinin isə “darvinizm dialektik materializmin ən böyük zəfəridir” şəklində açıqlaması var.38

Kommunist kadrların hazırlanmasında Darvin təliminin böyük rolu olub. Məsələn, Stalin gəncliyində  dindar olduğu halda, onun məhz Darvinin kitablarının təsiri nəticəsində ateistə çevrilməsi tarixçilər tərəfindən qeyd edilən həqiqətdir.

Çində kommunist rejimi quran və milyonlarla insanı qətlə yetirən Mao Tsze-dun isə qurduğu bu qaydanın fəlsəfi əsaslarını: “Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə istinad edir”, - deyə açıq şəkildə bəyan etmişdir.39

Darvinizmin Mao Tsze-duna və Çin kommunizminə təsiri Harvard Universitetindən tarixçi Ceyms Riiv Pasinin “Çin və Çarlz Darvin” (China and Charles Darvin) adlı kitabında incəlikləri ilə təsvir və şərh olunub.

Qısaca belə demək olar ki, təkamül nəzəriyyəsi ilə kommunizm arasında qırılmaz bağlılıq var. Təkamül nəzəriyyəsi canlıların  bir təsadüfün nəticəsi olduğunu iddia etməklə ateizmə sözdə elmi əsaslar vermişdir. Tamamilə ateist ideologiya olan kommunizm də, bu səbəbdən, labüdən darvinizmə bağlıdır. Təkamül nəzəriyyəsi təbiətdəki inkişafın qarşıdurma, yəni həyat uğrunda mübarizə sayəsində mümkün olduğunu irəli sürməklə kommunizmin əsasında yer alan “dialektik qarşıdurma” fikrini dəstəkləyir.

Kommunizmin “dialektik qarşıdurma” ideyasının XX əsr ərzində təqribən 20 milyon insanı qətlə yetirmiş “cinayət maşını” olması nəzərə alınsa, darvinizmin dünyaya gətirdiyi fəlakətin miqyasını daha yaxşı təsəvvür etmək və başa düşmək mümkün olar.

    Mənbə
  • 37 Douglas J. Futuyma, Science on Trial, New York: Pantheon Books, 1983. s. 197
  • 38 Solly Zuckerman, Beyond The Ivory Tower, New York: Toplinger Publications, 1970, ss. 75-94; Charles E. Oxnard, "The Place of Australopithecines in Human Evolution: Grounds for Doubt", Nature, cilt 258, s. 389
  • 39 J. Rennie, "Darwin's Current Bulldog: Ernst Mayr", Scientific American, Aralık 1992