Fikirlər bir-birinə zidd olduqda nəticəni ancaq elmi dəlilləri qarşıya qoymaqla, azad düşüncəyə önəm verib qarşı tərəfə sevgi və hörmət bəsləməklə əldə etmək olar; zorakılıqla deyil. İndi hər bir kəsin dünyanı bürüyən fəlakətlərin səbəbini anlamasının zamanı yetişib. Savaş məntiqini cəmiyyətlərə marksizm vermişdir və marksist topluluqlar gizlin şəkildə bunun əsas yolunu hazırlamışdır. Bunu durdurmağın yolu müharibəni qanuniləşdirən dialektika məntiqinin saxtakarlığını elmi yolla göstərməkdir.
Tarixin qanlı dialektikası kimi azğın fikrə zəmin hazırlayan təbiətin dialektikası fikrinin məntiqsiz olduğundan bəhs etmək lazımdır. Həmçinin təbiətdə ov edən canlıların varlığı kimi, fədakar canlıların da mövcud olduğu göstərilməlidir. Bu əhəmiyyətli həqiqəti göstərmək üçün bütün dünyada uşaqlarımıza qanlı dialektika fikrini aşılayan təhsil sistemi dəyişdirilməlidir. Dünya nə bizə, nə də başqa canlılara savaş yeridir. Dünya bütün haqq dinlərdə Allahın bildirdiyi kimi ancaq sevgi ilə gözəlləşər. Allah bizdən sevib-sevilməyi istəyir. Bu dünya Allahın istəyinə uyğun olaraq sevgiyə yönəldiyimiz təqdirdə dəyişər.