Quranda açıqlanan savaş mövzusunda üzərində durulması gərəkən “qarşı tərəf” anlayışıdır. Bir çox dini və tarixi qaynaqlar Peyğəmbərimizin dövründə müharibələrin musəvilərə qarşı aparıldığını yazır. Həmin qaynaqları oxuyan bir qisim insanlar Qurandakı söz mövzusu savaşlara aid endirilən ayələrin musəvilər üçün olduğunu iddia edib İlahi kitabda bir növ antisemitizm axtarmağa başlayırlar. Halbuki bu, çox ciddi yanlışlıqdır.
Peyğəmbərimizə və müsəlmanlara qarşı zülm edənlər müşriklərdir. Bunların böyük hissəsi bütpərəstlərdir. Məqsədləri bütlərinə və sapqın inanclarına zərər toxunmasını əngəlləməkdir. Bir qismi isə musəvilərin arasından çıxan münafiq və müşriklərdir. Onların musəvi adlandırılması böyük xətadır. Müsəlmanların arasından çıxan müşrik və ya münafiq müsəlman sayılmadığı kimi, musəvilərin arasından çıxan və vəhşilik edən müşrik və münafiqlər də musəvi sayılmırlar. Həqiqi musəvi əsla savaşıb dindar insanları qətlə yetirməz.
Quran antisemitizmi lənətləyir. Elə bu səbəbə görə, Quranda musəvi düşmənliyinə dair ifadə axtaranlar boş yerə vaxt itirmiş olurlar. Söz mövzusu ayələri musəvilərə qarşı savaş anlamında açıqlayanlar bunu yaxşı başa düşməlidirlər. Peyğəmbərimiz dövrünün musəvilərinə xoş davranıb onları sevmiş, eyni münasibəti də onlardan görmüşdür. Bu mövzu kitab əhlinə baxış yönündən bəhs edən hissədə ətraflı şəkildə açıqlanmışdır. (Baxın: “İslamın kitab əhlinə baxışı” bölməsi)