Darvinizm canlılar arasındakı qarşıdurmanın həmin canlıları inkişaf etdirdiyini irəli sürərək “dialektik materializm” fəlsəfəsinə sözdə elmi əsas vermişdi.

Dialektik materializm adından da məlum olduğu kimi, qarşıdurma anlayışına əsaslanır. Bu fəlsəfənin qurucusu Marks: “Əgər dava-dalaş olmasaydı, mövcud olan hər şey necə idisə, elə də qalardı”, - deyirdi. O, başqa bir sözündə isə: “Qarşıdurma yeni bir cəmiyyətə hamilə olan hər köhnə cəmiyyətin nəticəsidir”, - deyərək40 inkişaf etmək üçün insanları gərginliyə, qarşıdurmaya, zorakılığa, müharibəyə və qan tökməyə çağırmışdı.

Marksın nəzəriyyəsinin ilk siyasi icraçısı olan Lenin də: “İnkişaf zidd olanların mübarizəsidir”, - deyərək bir-birinə əks fikirdə olan insanların daimi  mübarizə içində olması   modelini müdafiə etmişdir. Daha sonra isə Lenin bu mübarizənin ancaq qan tökməklə, yəni terror yolu ilə həyata keçirilə biləcəyini tez-tez qeyd edirdi. Leninin bolşevik çevrilişindən hələ 11 il əvvəl - 1906-cı ildə “Proletar” jurnalına verdiyi bir açıqlamada yer alan sözləri onun mənimsədiyi terrorist metodunu ortaya qoyur:

Bizim marağımızı çəkən hadisə silahlı mübarizədir, bu mübarizə ayrı-ayrı fərdlər və kiçik qruplar tərəfindən həyata keçirilməkdədir. Bir hissəsi inqilabçı təşkilatlara aid ikən, o biri hissəsi hər hansı bir inqilabçı quruluşa bağlı deyildir. Silahlı mübarizə bir-birindən mütləq şəkildə ayrılması lazım olan iki fərqli məqsəd daşıyır: əvvəlcə, bu mübarizə insanlara, liderlərə və ordu və polisdəki vəzifəli şəxslərə sui-qəsd etməyi məqsəd kimi seçir, ikincisi, həm hökumətə, həm də xüsusi insanlara aid pul mənbələrini mənimsəyir. Mənimsənilən pullar qismən partiyanın kassasına, qismən xüsusi silahlanma məqsədlərinə və hərbi hazırlığa, qismən də düşmənlə mübarizəyə qatılan insanların yaşamasına xərclənir”.41

XX əsrdə kommunizmə qarşı çıxan ən tanınmış  ideologiyalardan biri faşizmdir. Maraqlı olan budur ki, kommunizmə qarşı olduğunu irəli sürən faşizm qarşıdurma anlayışına ən azı kommunizm qədər inanırdı. Kommunistlər sinfi qarşıdurmanın vacibliyinə inandığı halda, faşistlər bu qarşıdurmanın sadəcə olaraq fəaliyyət meydanını dəyişdirmiş və “irqlər və dövlətlərarası qarşıdurma” anlayışını inkişaf etdirmişdilər. Məsələn, nasizmin ən mühüm fikir qaynaqlarından və öndə gedən irqçilərdən olan alman tarixçisi Henrix fon Tritske: “Dövlətlər ancaq Darvinin həyat uğrunda mübarizəsinə bənzər gərgin və şiddətli rəqabətlə inkişaf edə bilərlər...” - deyə yazmışdır.42

Hitler isə darvinizmin qarşıdurma anlayışından ilham alaraq belə deyirdi:

Təbiət güclülər və zəiflər arasında bir savaş, güclülərin zəiflər üzərindəki mütləq qalibiyyətidir. Əgər belə olmasaydı, təbiətdə davamlı qarışıqlıq olardı... Yaşayan hər bir canlı mübarizə aparmaq məcburiyyəti qarşısındadır. Davamlı mübarizənin yaşayış qanunu olduğu bu dünyada mübarizə aparmaq istəməyən yaşamaq haqqına da sahib deyildir”.43

Cəmiyyətlərin güclənməsi və inkişaf etməsi üçün mübarizənin, qarşıdurmanın, mübahisələrin və qan tökməyin məcburi olduğuna inanan bu iki sosial darvinçi ideologiyanın XX əsrdə yaratdığı mənzərə isə ortadadır. On milyonlarla məsum insan ölmüş, on milyonlarla insan yaralanmış və ya şikəst olmuş, ölkələrin iqtisadiyyatı çökmüş, səhiyyəyə, elmə, texnologiyaya, təhsilə və sənətə ayrılacaq gəlirlər əvvəlcə silahlara, sonra da bu silahların açdığı yaraların sarınmasına, darmadağın edilən və xarabalığa çevrilən şəhərlərin təkrar inşasına xərclənmişdir. Qarşıdurmanın, davanın və terrorun insanlara heç də inkişaf deyil, yalnız tənəzzül gətirməsi tarixdən aşkar şəkildə görünür.

    Mənbə
  • 40 Alan Walker, Science, cilt 207, 1980, s. 1103; A. J. Kelso, Physical Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221; M. D. Leakey, Olduvai Gorge, cilt 3, Cambridge: Cambridge University Press, 1971, s. 272
  • 41 Time, Kasım 1996
  • 42 S. J. Gould, Natural History, cilt 85, 1976, s. 30
  • 43 Villee, Solomon, and Davis, Biology, Saunders College Publishing,1985, s. 1053