Darvinizm XIX əsrdə irqçiliyi qidalandırıb bəsləyərkən XX əsrdə doğulub inkişaf edəcək və bütün dünyanı qana bulayacaq bir ideologiyanın - nasizmin də təməlini qoyurdu.

Nasizmin ideoloqları daha çox darvinizmdən təsirlənmiş və bəhrələnmişdilər. Adolf Hitler və Alfred Rozenberq tərəfindən formalaşdırılan bu nəzəriyyə araşdırılanda burada Darvinin “Növlərin mənşəyi” kitabında on dəfələrlə təkrarlanan “təbii seleksiya”, “seçici cütləşmə”, “irqlərarası həyat mübarizəsi” kimi anlayışlara təkrar-təkrar rast gəlmək olar. Hitler özünün məşhur kitabına “Mənim mübarizəm” adını da darvinizmin həyatın bir mübarizə səhnəsi olması və bu mübarizədə üstün gələnlərin həyatda qalması haqqındakı prinsiplərindən bəhrələnərək qoymuşdu. Hitler həmin kitabda xüsusilə irqlərin mübarizəsindən söz açır və belə deyirdi:

“Tarix təbiətin öz-özünə yaradacağı yeni irqi iyerarxiya nəticəsində tayı-bərabəri olmayan bir imperiya meydana gətirəcəkdir”.33

Hitler 1933-cü ildə keçirilən məşhur Nürnberq mitinqində isə yüksək irqin zəif irqləri idarə etdiyini, bunun təbiətdə də müşahidə edilən yeganə məntiqli haqq olduğunu bildirmişdi.34

Nasistlərin Darvindən təsirlənməsi bu gün bu məsələnin məşhur tədqiqatçısı olan tarixçilərin demək olar ki, hamısı tərəfindən qəbul edilən bir fikirdir. “Faşizmin yüksəlişi” (The rise of fascism) adlı kitabın müəllifi Peter Krisp bu həqiqəti belə ifadə edir:

“Çarlz Darvinin insanların meymundan əmələ gəlməsi nəzəriyyəsi ilk dəfə çap olunandan bir qədər sonra geniş dairədə yayıldı və qəbul edildi. Nasistlər Darvinin nəzəriyyəsindən müharibənin və irqçiliyin haqlı olduğunu göstərmək üçün istifadə etdilər”.35

Tarixçi-alim Hikman isə Hitlerin darvinizmdən təsirləndiyini belə açıqlayır:

“Hitler qatı  təkamülçü idi. Psixozunun dərinliyi nə qədər olursa-olsun, onun “Mənim mübarizəm” kitabı ardıcıl  təkamül düşüncəsini nümayiş etdirir, xüsusilə də ən güclülərin yaşamaq mübarizəsi və daha yaxşı bir cəmiyyət naminə zəiflərin məhv edilməsi fikirlərinə yer verir”.36

Bu düşüncələrlə meydana çıxan Hitler dünyanı tayı-bərabəri olmayan dəhşətə və görünməmiş vəhşiliyə məruz qoydu. Başda yəhudilər olmaqla, bir çox etnik və siyasi qruplar nasist ölüm düşərgələrində dəhşətli zülmə və qətliama məruz qaldılar.  Nasistlərin işğalları ilə başlayan İkinci Dünya Müharibəsi isə üst-üstə 55 milyon insanın ölümünə səbəb oldu. Dünya tarixinin gördüyü bu ən böyük fəlakətin arxasında darvinizmin “həyat uğrunda mübarizəsi” düşüncəsi dayanırdı.

    Mənbə
  • 33 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189
  • 34 B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988
  • 35 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 179
  • 36 Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, cilt 87, 1976, s. 133