Heraklit (Herakleitos 576-480) ilk dəfə qədim Yunanıstandan başlayan və “mübahisə” mənasına gələn dialektikanın tərifini belə verir: “Hər şey ziddiyyətlərin mübarizəsindən doğur”. Heraklitə görə, müharibə bütün hər şeyin atasıdır. Dolayısilə, dialektikanın gərəkdirdiyi tezis antitezislə çəkişərkən onunla savaşmalıdır. Bir tezisin müdafiəçiləri digər tezisin müdafiəçiləri tərəfindən yeniləcəksə, bu, ancaq savaş və münaqişə yolu ilə olmalı və qarşı tərəf mütləq yox edilməlidir. Meydana gələn sintez bir müddət sonra yeni bir tezisə çevrilməli və savaş eyni sürətlə davam etməlidir.
Hegel və ardınca Marks buna birbaşa savaş adı verməsələr də, “çəkişmə” demişdilər. Kommunist liderlərin bunu savaş və qətliam kimi anlamağı uzun sürmədi. Onlar savaşın gərəkli olduğuna inanıb bunu marksizmin əsas şərti kimi gördülər. Dövrümüzün yaşıl kommunistləri bu savaş anlayışını rədd etsələr də, xain pusqular, gerilla savaşları, kütlə qətliamları kommunizmin gərəyidir. Hazırda Suriyada gerçəkləşdirilən qətliamlar, kommunist PKK-nın Türkiyənin cənub-şərq bölgəsində törətdiyi əməllər bunun nümunələridir.