Darvinin qaranlıq və təhlükəli fikirlərinin ilham qaynağı ingilis iqtisadçı Tomas Maltusun “Nüfuz prinsipi üzərində təcrübə” (An essay on the principle of population) adlı kitabı idi. Maltus insanların özbaşına buraxıldıqda çox sürətdə çoxaldığını hesablamışdı. Ona görə, nüfuzu nəzarətdə saxlayan başlıca amillər müharibə, qıtlıq və xəstəlik kimi fəlakətlərdir. Qısası, bu iddiaya görə, bəzi insanların yaşaması üçün digərləri ölməlidir və həmçinin mövcud olmaq davamlı müharibə deməkdir.

19-cu əsrdə Maltusun sapqın fikirləri olduqca geniş kütlə tərəfindən mənimsənmişdi. Xüsusilə, Avropada üst təbəqənin ziyalıları  Maltusun zalım fikirlərini dəstəkləyirdi. “Nasistlərin elmi arxa planı” adlı məqalədə XIX əsr Avropasının Maltusun əhali artımı ilə bağlı baxışlarına verdiyi qiymət belə açıqlanır:

 “XIX əsrin ilk yarısında Avropada hakim sinfin üzvləri yeni kəşf edilən əhali artımı problemini müzakirə etmək və kasıb təbəqənin ölüm faizini artırmaq məqsədilə Maltusun fikirlərinin həyata keçirilməsi istiqamətində hansı vasitələrdən istifadə edəcəkləri planını fikirləşmək üçün müşavirə keçirdilər. Gəldikləri nəticənin məzmunu qısa şəkildə belə idi: “Kasıblara təmizliyi tövsiyə etmək əvəzinə, onları bunun tam əksini etməyə təşviq etmək lazımdır. Şəhərlərimizdəki küçələri daha dar düzəltməli, həddindən artıq insanı evlərə doldurmalı və vəba xəstəliyini yaymağa çalışmalıyıq. Ölkəmizdə kəndləri durğun sulara yaxın salmalıyıq, bataqlıqlarda yaşamağı təşviq etməliyik və sairə”.29

Maltusa görə, belə zalım planların nəticəsində yaşayış mübarizəsində güclü olanlar zəif olanları əzəcək və sürətlə artan əhali bu şəkildə tarazlanmış olacaq. Sözügedən “kasıbları əzmək” proqramı İngiltərədə XIX əsrdə, həqiqətən də, həyata keçirilirdi. 8-9 yaşlarındakı uşaqların gündə 16 saat kömür şaxtalarında işlədildiyi və minlərlə uşağın çətin şərtlər səbəbi ilə öldüyü bir sənaye quruluşu və iqtisadiyyat quruldu. Maltusun nəzəriyyə olaraq lazım bildiyi “yaşayış mübarizəsi” İngiltərədə XIX əsrdə azyaşlı uşaqlara və kasıb xalqa əzab dolu həyat yaşatdı.

Darvin isə Maltusun bu fikirlərindən təsirlənərək mürtəce bir dünyagörüşünü bütün təbiətə tətbiq etdi və yaşamaq uğrundakı bu mübarizədə güclü olanların və real şəraitə ən yaxşı uyğunlaşanların qalib gələcəkləri fikrini irəli sürdü. Bundan sonra isə o, yaşayış mübarizəsinin təbiətin ən düzgün və dəyişilməz qanunu olduğunu iddia edirdi. Darvin bir yandan da insanın yaradılışını inkar edərək insanları dini inanclarını tərk etməyə dəvət edir, bununla da “həyat uğrunda mübarizə” nəzəriyyəsinin amansızlığına və qəddarlığına mane olan bütün əxlaqi dəyərləri hədəfə götürmüş olurdu. İnsanları qəddarlığa və əzazilliyə çağıran bu həqiqətdən kənar fikirlərin yayılması səbəbindən bəşəriyyətin XX əsrdə ödəyəcəyi əvəz çox böyük oldu.

    Mənbə
  • 29 New Evidence on Evolution of Early Atmosphere and Life, Bulletin of the American Meteorological Society, cilt 74, Kasım 1982, s. 1328-1330.