Darvinist təlim insanlara həyatın hər hansı məqsədinin olmadığını təlqin edib onları ümid və sevincdən uzaq və cani təbiətli ruhi xəstələrə çevirir. Bunun ən son nümunələrindən biri norveçli Anders Behrinq Breyvikdir. Breyvik 22 iyul, 2011-ci ildə Norveçdə yaşanan iki terror hücumunun səbəbkarı olduğunu etiraf etmişdir. Bu hücumlardan biri Osloda hökumət binasına edilən və səkkiz nəfərin ölümünə səbəb olan bombalı hücumdur. Digəri isə Utoya adasında Fəhlə Partiyasına edilən hücumdur. Bu hücum nəticəsində 69 nəfər həyatını itirmişdir.
Breyvik hücumlardan əvvəl “Avropa müstəqillik bəyannaməsi” adlı kitabında öz fikirlərini yazmışdır. Kitabın 1518-ci səhifəsində isə özünü elmi dünyagörüşünün və müasir biologiyanın çempionu elan etmişdir. Onun əhəmiyyət verdiyi kitablar arasında Ç.Darvinin “Növlərin mənşəyi” adlı əsəri yer alır (1). Breyvikə görə, “qüsursuz Avropa” sosial darvinizmin qanunlarını ehtiva etməlidir (2). Breyvik kitabının 1202-ci səhifəsində Prinston Universitetindən darvinist bioloq Li Silverin yevgeninin yenidən tətbiqini müdafiə etməsinə tərəfdar olduğunu bildirir. Silverin dünyanın nüfuzunun indikinin yarısından da azına və ya 3.8 milyarda endirilməsi üçün “gələcək siyasətin məcburi radikal yönlü tətbiqi” fikirlərinə də eynilə qatılır (3). Eyni səhifədə Breyvikin Darvinin “soyqırımı və təbii seleksiya ... yanaşıdır” arqumentini nə qədər mənimsədiyi bu cümlələrdə açıq-aydın görünür:
“İkinci və üçüncü dünya ölkələri əhali artımının qarşısını almasalar, təbiət onların bu səhvini qıtlıqla düzəldəcək” (4).
Breyvik ardınca qərb dövlətlərinin bu təbii prosesə, yəni baş verəcək qıtlığa müdaxilə etməməli olduğunu belə müdafiə edir:
“Əgər say artımı qanunlarımıza tabe olmayan ölkələrdə qıtlıq baş verirsə, onlara kömək etməməliyik və ya müvəffəqiyyətsiz liderlərinə dəstək verməməliyik” (5).
“İfrat artıma ilk növbədə cavabdehlik daşıyan üçüncü dünya ölkələrinə qida yardımı dərhal durdurulmalıdır” (6).
Birbaşa Breyvikin özünün yazdığı bu sözlərdən açıq şəkildə görünür ki, o, darvinist təlim üzündən əxlaqi dəyərlərdən tamamilə uzaqlaşmış və bunun nəticəsində onlarla insanın ölümünə səbəb olan terror hadisələrini soyuqqanlılıqla həyata keçirmişdir.
Darvinist təlimin səbəb olduğu əxlaqi tənəzzülün başqa bir nümunəsi 17 uşağı öldürüb cəsədini yeyən amerikalı qatil Cefrey Dahmerdir. O, ölümündən qabaq “Dateline NBC” tv kanalına belə müsahibə vermişdir:
“Əgər insan məsuliyyət daşıdığı bir yaradıcının mövcud olduğunu düşünmürsə, o halda, niyə hərəkətlərini müəyyən hədlərdə islah etməyə çalışmalıdır? Elə mən də bunu düşünürdüm. Həmişə təkamül nəzəriyyəsinin, yəni bizim palçıqdan əmələ gəldiyimiz tezisinin gerçək olduğuna inanmışam. Öldüyümüz zaman hər şey bitir, artıq heç bir şey yoxdur” (7).
Darvinin kütlələri yönləndirdiyi yanlış inanc insanları seriyalı qətllər törətməyə, hətta insan əti yeyəcək qədər psixopatlığa sürükləyir. İnsanlara hər hansı bir yaradıcıya qarşı məsul olmadığını təlqin edən, onları başıboş və məqsədsiz varlıqlar olduğuna inandıran, insanı heyvan olaraq görən və ölümü son kimi göstərib insanları axirət həqiqətindən uzaqlaşdırmağa çalışan bu saxta dinin gətirdiyi nəticə budur.
Son iki yüz ildir ki, dünyaya müharibə, qətl, zalımlıq, cinayət və hər cür bəla gətirən ən böyük batil güc darvinizmdir. Cəmiyyətlərdə inkişaf edən dinsizliyin, irqçiliyin və kütlə qətliamlarının səbəbkarı olan faşizm, kommunizm və dünya müharibələrinin ardında KEÇƏN ƏSRİN ƏN BÖYÜK YALANI VƏ BƏLASI OLAN DARVİNİZM DAYANIR.
Darvinin başlatdığı bu qara bəlanın cəmiyyətlərə mənfi təsiri dövrümüzə kimi davam etmişdir. Darvinizmin dövrümüzdəki dəstəkçilərindən olan Riçard Dokinzin son kitabı insanları Allah inancından uzaqlaşdırır, onları ümidsizlik və bədbinliyə doğru aparır. Buna misal kimi Amerikada müəllimin verdiyi Dokinzin kitabını oxuyub intihar edən 22 yaşlı bir tələbini göstərmək olar (8).
Dokinzin darvinizmin qaranlıq ideologiyasına əsaslandırdığı qorxulu düşüncənin təsiri bununla bitmir. O, “Unweaving the Rainbow” kitabının girişində bu həqiqəti belə etiraf edir:
“İlk kitabımın naşiri kitabı oxuduqdan sonra aldığı soyuq mesaj səbəbi ilə sıxıntı keçirdiyini və üç gün yata bilmədiyini etiraf etdi. Bəziləri də mənim səhərlər oyanmağa necə dözdüyümü soruşur. Uzaq bir ölkədən bir müəllim isə mənə məzəmmət dolu məktub göndərdi. Məktubunda həmin kitabı oxuyan bir tələbənin yanına göz yaşı içində gəldiyini və həyatın boş və məqsədsiz olduğu düşüncəsinin ona pis təsir etdiyini yazırdı. Müəllim digərlərinin də təsirə düşməməyi üçün tələbəyə kitabı başqalarına göstərməməyi tövsiyə edib” (9).
Bu qaranlıq bəla, yəni darvinizm insanları ölüm və cinayətə, həmçinin vəhşiliyə sürükləyən, insanlara təsadüfən var olmuş heyvandan başqa şey olmadığını təlqin edən sapqın bir dindir. Bu dinin geridə qalan bir neçə təmsilçisi insanları Allah inancından uzaqlaşdırmaq üçün var gücü ilə çalışmağa davam edirlər. Buna görə də darvinizmin zəifliklərini təhsil ocaqlarında oxudulmasına qəti qarşı çıxır, yaradılışı sübut edən fosilləri gizlədir, həmçinin zülalın təsadüfən əmələ gələ bilməyəcəyini, 350 milyondan çox fosilin darvinizmi yerlə-yeksan etdiyini etiraf etmirlər. Lakin bütün bunlara baxmayaraq, 21-ci əsrdə insanlar artıq yalanlara aldanmırlar. Darvinizmin saxtakarlıq olduğunun bütün dünyada bilinməsinin ardından darvinizmi canlı tutmaq üçün göstərilən bütün cəhdlər boşa çıxmışdır.
(1) https://darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614
(2) Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1386
(3) https://darwinthenandnow.com/2011/07/breivik-a-darwinist/?cb=09394448816310614
(4) Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1386
(5) Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1202
(6) Anders Behring Breivik, Avropa müstəqillik bəyannaməsi, səh. 1203
(7) Kelly J. Coghlan, Houston Chronicle Sunday - 15 fevral, 2009
(8) https://worldnetdaily.com/index.php?fa=PAGE.view&pageId=81459
(9) Richard Dawkins, Unweaving The Rainbow, Houghton Mifflin Company Newyork, 1998