Allah ayələrdə bağışlamağın həmişə üstünlük olduğunu bildirmiş və “Hər hansı bir pisliyin cəzası onun özü kimi bir pislikdir. Bununla belə, hər kəs bağışlasa və barışsa, onun mükafatı Allaha aiddir. Həqiqətən, Allah zalımları sevməz! (Şura, 40)” ayəsi ilə bu əxlaqı daşıyan insanları böyük əcrlə müjdələmişdir.
Allah Quranda qarşıdakı insan haqsızlıq etsə belə, onu bağışlamağın xeyirli olduğunu bildirmişdir. Bir ayədə belə deyilir:
Onların az bir qismi istisna olmaqla sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər! (Maidə, 13)
Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən! (Fussilət, 34)