Peyğəmbərimizin (səv) dəccalı təsvir edən hədislərdəki məlumatlar Quranda bildirilən günahkar xüsusiyyəti ilə böyük bənzərlik təşkil edir. Quranda bildirilən yalançılıq, ədalətsizlik, zalımlıq, insanları dindən uzaqlaşdırmaq kimi pis əxlaqi xüsusiyyətlər darvinizmin bəslədiyi ideologiyaların əsasını təşkil edir.

Allahın Quranda günahkar kimi diqqət çəkdiyi şəxslər yer üzündə anarxiya və terror çıxaranlardır. Həmin insanlar Allahın hədlərini tanımayan, din əxlaqını yaşamayan, günah və cinayətə meyilli adamlardır. “Şübhəsiz ki, günahkarlar azğınlıq və əzab-əziyyət içindədirlər” (Qəmər surəsi, 47) ayəsində bildirildiyi kimi, belə insanlar azğınlıq içindədirlər. Quranda günahkarların müxtəlif xüsusiyyətlərindən bəhs edilir və insanlar belə xəbərdar edilirlər:

Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar.
(Yunis Surəsi, 17)

Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda (onlara) inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq. (Yunis Surəsi, 13)

Quranda cəmiyyətin hüzur və güvənliyini pozan, insanlar arasında qarışıqlıq meydana gətirən, eləcə də yer üzündə pisliyi yaymaq üçün hiylə quranların da günahkar olduqları bildirilir. Darvinizmi təməl götürən materialist ideologiyaların, həmçinin kommunizm və faşizm kimi cərəyanların əsas xüsusiyyətlərindən biri cəmiyyətin nizamını pozub anarxiya yaratmaqdır. Bunu nəzərə alsaq, bu sistemi yaşayıb yayanların Quranda bildirilən günahkar insanlar olduğu anlaşılar. Bir ayədə belə deyilir:

Beləliklə, hər bir ölkədə oranın günahkarlarını başçılar təyin etdik ki, onlar orada yaramaz işlər görsünlər. Halbuki onlar o yaramaz işləri yalnız özlərinə qarşı edirlər və hiss etmirlər. (Ənam surəsi, 123)

Ayədə deyildiyi kimi, həmin şəxslər öz sistemlərini yayıb genişləndirmək üçün müxtəlif planlar qururlar. Belə vəziyyətdə həmin xüsusiyyəti daşıyanlara və bu sistemi yaymağa çalışanlara qarşı fikri mübarizə aparmaq çox əhəmiyyətlidir. Çünki yer üzündə təxribatın yerinə sülhün, qarşıdurma və anarxiyanın yerinə isə hüzurun hakim olması üçün bu fəaliyyətlərin qarşısı alınmalıdır. Bunun üçün həmin insanların təməl fikirlərinin əsassızlığını ifşa edib yox etmək lazımdır. Belə bir vəzifəni ancaq iman edənlər öz üzərilərinə götürərlər. Çünki dəccaliyyətin fitnəsi iman edənlərə əsla təsir edə bilməz. Möminlər Allahın Quranda təsvir etdiyi günahkar xarakterdən və bunun ən kiçik əlamətini daşımaqdan belə çəkinən insanlardır. Quranda iman edənlərin yer üzündə təxribata qarşı mübarizə apardıqları haqqında belə buyurulur:

Heç olmasa, sizdən əvvəlki nəsillərdə yer üzündə fitnə-fəsad törətməyi qadağan edən ağıl və hikmət sahibləri olaydı. Onlardan yalnız xilas etdiyimiz az bir qismi belə idi. Zülm edənlər isə onlara verilmiş dünyanın ləzzətinə uydular və günahkar oldular. (Hud Surəsi, 116)

DƏCCAL XÜSUSİYYƏTİ NƏFSİN AZĞINLIĞI ÜZƏRİNƏ QURULUB

Günahkarların ən önəmli xüsusiyyətlərindən biri odur ki, onlar özlərinə Quran əxlaqını deyil, nəfslərinin istəklərini (şəxsi istək və həvəslərini) rəhbər götürüblər. Halbuki insanın nəfsinə tabe olması böyük bəladır. İnsanın nəfsinə tabe olmağa başlaması ilk öncə öz daxilində sıxıntı yaşamasına səbəb olur. İnsanda vicdana tabe olmağın verdiyi rahatlıq və hüzurun yerini özünə inamsızlıq və narahatlıq alır. “...Nəfs (adama) pis işləri əmr edər...” (Yusif surəsi, 53) ayəsində də deyildiyi kimi, nəfs hər zaman pisliyi əmr edir. Daima qısqanclıq, həsəd, kin, intiqam, sevgisizlik və mərhəmətsizlik kimi hislərə sövq edir . İman edən isə nəfsinin deyil, vicdanının səsini dinləyib iradəsindən istifadə edər və gözəl əxlaq göstərər. Çünki Allah Quranda insana nəfsinin pisliklərindən çəkinib qorunmağı əmr etmişdir və insan vicdanına tabe olaraq bu əmri yerinə yetirə bilər. Yəni hər insan nəyin pis olduğunu bildiyi kimi, nəyin yaxşı olduğunu və günahdan necə uzaq duracağını da yaxşı bilir. Bu həqiqət ayələrdə belə açıqlanır:

And olsun nəfsə və onu yaradıb kamilləşdirənə, ona günahları və qorxmağı təlqin edənə! Nəfsini təmizləyən uğur qazanmışdır. Onu (günaha) batıran isə ziyana uğramışdır. (Şəms Surəsi, 7-10)

 

gazete küpürleri

Buna baxmayaraq, insanların böyük qismi vicdanlarının səsini dinləmirlər, özlərini nəfslərinin yönləndirməsinə razı olurlar. Vicdanına tabe olan adamla nəfsinə tabe olan arasında böyük fərq var. Vicdanının səsini dinləyən adam onu əsəbiləşdirə bilən hadisə qarşısında çox sakit davranır. Nəfsinin səsini dinləyən adam isə qəzəbinə yenilib kin və intiqam duyğuları ilə hərəkət edir. Eyni şəkildə, haqsızlıqla qarşılaşan adam vicdanının səsini dinləyərək haqq və ədalətlə cavab verməli olduğunu bilir. Nəfsinə tabe olan adam isə ona qarşı haqsızlıq etdiyini düşündüyü insandan daha çox əvəz çıxmaq istəyir. Vicdanına tabe insan mərhəmətli, səbirli və fədakar olduğu halda, nəfsinə tabe olan adam zalım, amansız və eqoist olur. Bir sözlə, nəfsinə tabe olan insanların çoxluq təşkil etdiyi cəmiyyətdə sülh, hüzur və təhlükəsizlikdən bəhs etmək mümkün deyil. Allah bir ayədə buyurur ki, insanlar nəfslərinə tabe olduqda yer üzündə nizam qalmaz:

Əgər haqq onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və onlarda olanlar fəsada uğrayardı. Doğrusu, Biz onlara zikr gətirdik, onlar isə özlərinə verilən zikrdən üz döndərirlər. (Muminun Surəsi, 71)

Odur ki, dəccalın dini-mənəvi dəyərlərin hədəf almasının əsas səbəblərindən biri də budur. Çünki din əxlaqı insanların vicdanlarını dinləməyi və nəfsin pisliklərindən uzaq durmağı buyurur. Dəccalın ideologiyası isə tam əksini müdafiə edir. Buna görə də insanları bir-birinə bağlayan, sosial nizamı təmin edən ünsürləri (din əxlaqı və bu əxlaqdan qaynaqlanan mənəvi dəyərlər) aradan qaldırır, eləcə də insanlar arasında qarışıqlıq və münaqişəni təşviq edir. Dəccaliyyətin insanların nəfslərinə uyğun nizamın üzərinə qurulduğunu Peyğəmbərimiz (səv) bir hədisində belə buyurur:

Axırzaman fitnəsi o qədər dəhşətlidir ki, heç kim nəfsinə hakim ola bilməz. 6

İslam alimləri bu hədisi şərh edərkən dəccalın insanları həvəs və istəklərinə tabe olmağa dəvət edəcəyini, bunu bəzəkli göstərəcəyini bildiriblər. Məsələn, Bədiüzzaman Səid Nursi bu hədisi açıqlayarkən belə deyib: ... (İnsan) nəfsinə məğlub olub, o alova sərxoşluq içində sürüklənib düşər və yanar... (Dəccal) pərvanə kimi nəfspərəstləri (nəfsinə düşkün olanları) ətrafına toplayıb sərsəm edər...

DƏCCAL YER ÜZÜNDƏ TƏXRİBAT TÖRƏDİR

Dəccalın sisteminin insanlara ən böyük zərər verən yönü yer üzündə təxribat törətmək, hüzur və nizamı pozmaq üzərinə qurulmasıdır. Dəccalın əsas vəsfi təxribat törətmək üçün şiddət, terror və anarxiyanı körükləməsidir. Təxribat törətmək çox geniş anlayışdır. İnsanların hüzurunu qaçıran, təhlükəsizlik və sülh mühitini pozan hər şey təxribatdır. İki ölkə arasında heç bir səbəb olmadan baş verən müharibə, topluluq içində süni səbəblərə görə meydana gələn qarşıdurma, məsum və mülki insanları hədəf alan terror hücumları, gündəlik həyatda rast gəlinən fərdi şiddət kimi olaylar təxribatın nümunələri sayıla bilər. Bu dövrdə gün keçdikcə sayı artan və yayılan müharibələr, eləcə də şiddət hadisələri dəccalın təxribatının ölçüsünü göstərməsi baxımından diqqət çəkir.

Təxribat Quranda diqqət çəkilən və insanların çəkinməli olduğu təhlükələrdən biridir. Allah insanlara təxribat törətməyi qadağan etmiş və buna yol verənləri sevmədiyini bildirmişdir. İnkarçıların yer üzündə sürəkli təxribat çıxarmağa, savaş, qarşıdurma və qarışıqlıq mühiti meydana gətirməyə çalışdığı bir ayədə belə xəbər verilir:

... Biz onların arasına Qiyamət gününə qədər ədavət və kin saldıq. Onlar hər dəfə müharibə alovunu yandırdıqda Allah onu söndürər. Onlar yer üzündə fitnəkarlıq törətməyə səy göstərirlər. Allah isə fitnəkarları sevmir! (Maidə surəsi, 64)

Göründüyü kimi, ayədə bu insanların yer üzündə müharibə çıxarmağa çalışdıqlarına diqqət çəkilir. Müharibə, qarşıdurma, terror və anarxiya kimi hallar dəccalın ən çox əl atdığı üsullardır. Başqa bir ayədə bu dəccali zehniyyət belə açıqlanır:

O kəslər ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!(Bəqərə surəsi, 27)

Quran əxlaqı isə insanların sülh və təhlükəsizlik içində yaşamalarını təmin edir. Qurandakı hədəf hər inancdan və millətdən olan insanların sülh şəraitində yaşayacağı mühit meydana gətirməkdir. Yer üzünün nizama salınması isə ancaq din əxlaqının yaşanması və insanların vicdanlarına görə hərəkət etməsi ilə mümkündür. Ayədə belə buyurulur:

Yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Allaha qorxu və ümidlə yalvarın. Həqiqətən, Allahın mərhəməti yaxşılıq edənlərə yaxındır.
(Əraf surəsi, 56)

TƏXRİBATÇILIQ İNSANLAR ARASINDA ŞİDDƏTİN TƏŞVİQ EDİLMƏSİ İLƏ YAYILIR

Təxribatçı xüsusiyyətin əsasında kin və intiqam duyğuları durur. Müharibə, münaqişə və terror əməlləri ilə təxribat törədən şəxslər səbir etməyi, ədalətlə hökm etməyi bilməzlər. Onlar problemləri sülh yolu ilə deyil, şiddətə əl ataraq həll etməyə çalışan insanlardır. Eyni şəkildə, dəccalın dinində də insanlar uzlaşdırıcı üslubdan istifadə etməzlər. Əksinə olaraq, mübahisə və münaqişəyə üstünlük verərlər, kin və düşmənlik hislərini körükləməklə insanları bir-birinə qarşı çıxarırlar. Belə ki, hədislərdə dəccalın kin, qəzəb və şiddətin geniş yayıldığı dövrdə ortaya çıxacağı və onun bu mühitdən istifadə edəcəyi xəbər verilmişdir. Bu hədislərin bəziləri belədir:

Dəccal dinin zəiflədiyi, elmin qeyri-kafi hala gəldiyi zaman ortaya çıxar.7


O günlər ağılların yox olduğu günlərdir. İnsanlar bir-birlərini öldürərlər. Ta ki, adam qonşusunu, əmioğlusunu, yaxınını öldürər. Öldürən niyə öldürdüyünü, öldürülən də niyə öldürüldüyünü bilməz.8 8

Əslində, bunlar şeytanın əsas xüsusiyyətlərindən biridir. Şeytan üsyankar, kindar və qəzəbli xüsusiyyətə sahibdir: dünyadakı məqsədi insanları bu yöndə təşviq etməkdir. Buna görə də şeytan insanların arasını vurmağa çalışır. Allah bu təhlükəni Quranda belə xəbər verir:

Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir. (İsra surəsi, 53)

Şeytanın təsirinə düşənlər rahat və mülayim şəkildə həll edilə bilən hadisələri çox böyüdürlər. Xoşlarına gəlməyən hər şeyə qəzəblə yanaşırlar. Qəzəbləndiklərinə görə doğru düşünə bilməz, hadisələri ədalətli və obyektiv şəkildə dəyərləndirməzlər. Şeytan onların bu halından istifadə edib onları şüursuz davranmağa, cinayət törətməyə vadar edir. Onlara qəzəblənmədikləri halda, sıxılacaqlarını, narahat qalacaqlarını təlqin edir.

Quranda hz.Adəmin oğullarının arasında baş verən hadisəni təsvir edən hekayət şeytanın təlqini ilə davranan insanın aqressiv xüsusiyyətə malik olduğunun əhəmiyyətli nümunəsidir:

Onlara Adəmin iki oğlunun gerçək əhvalatını oxu. O zaman ikisi də qurban vermiş, onların birindən qəbul edilmiş, digərindən isə qəbul edilməmişdi. (Qurbanı qəbul olmayan oğlu öz qardaşına) demişdi: “Səni hökmən öldürəcəyəm!” (Qardaşı da ona belə) demişdi: “Allah ancaq müttəqilərdən qəbul edər! Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram. Mən istəyirəm ki, sən, həm mənim günahımı, həm də öz günahını üzərinə götürəsən və od sakinlərindən olasan. Zalımlara veriləcək cəza budur”. Nəfsi onu qardaşını qətlə yetirməyə vadar etdi və o da nəfsinə tabe olaraq onu öldürdü və ziyana uğrayanlardan oldu. (Maidə surəsi, 27-30)

Ayələrdə göründüyü kimi, şeytanın təlqini ilə nəfsinə tabe olan qardaş qəzəb və qısqanclıqla hərəkət etmiş və bu hisləri onu cinayətə sövq etmişdir. Mömin əxlaqı sərgiləyən digər qardaş isə qarşı tərəfin aqressiv və haqsız rəftarı qarşısında təvazökarlığını itirməyib gözəl əxlaq göstərmişdir. Eyni şəkildə, Allahın ona verdiyi nemətlərə görə hz.Yusifə qısqanclıq və qəzəb duyan qardaşları da onu öldürməyə cəhd göstərmişdilər. Hz.Yusif isə başına gələn hadisələrə baxmayaraq, qardaşları ilə yenidən qarşılaşanda mehriban davranıb onları bağışlamışdır. Bu, Allahın iman gətirənlərə əmr etdiyi üstün əxlaqın bir nümunəsidir. Ayədə müsəlmanların gözəl əxlaqı belə təsvir edilir:

O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir. (Ali-İmran surəsi, 134)

terör

DƏCCAL İNSANLARI İFRATA YÖNLƏNDİRİR

Dəccalın yer üzündə təxribat və qarışıqlıq törətmək üçün istifadə etdiyi başqa bir üsul da insanları ifrata, yəni fanatizmə təşviq etməsidir. İnsanlar inandırılırlar ki, onların öz inanc və düşüncələri uğrunda ifrata varmağa haqları var. Sülh və ya dialoq vasitəsilə əldə edilə bilən nəticələri ancaq şiddətlə həll edəcəklərini düşünürlər. Səbəbsiz qısqanclıq, yersiz qəzəb amansız cinayət və hücumlarla nəticələnir. Çünki ifrata varan insan ağıllı davranmaqdan uzaqlaşır, məntiqli qərarlar verə bilməyib mühakimə qabiliyyətini itirir. Bu cür insanlar yalnız hisləri ilə davranırlar, eləcə də reaksiya və üslublarına qəzəb və hiddət hakim olur. Beləliklə, vicdani narahatlıq keçirmədən hər cür şiddətə əl atan qruplar və fərdlər ortaya çıxır.

gazete küpürleri

Halbuki Quran əxlaqı insanları ifrata varmaqdan və həddi aşmaqdan çəkindirir. Allah bir ayədə insanlara nəfslərinə tabe olub ifrata varanlara itaət etməməyi buyurur və iman gətirənləri dəccalın bu hiyləsinə qarşı xəbərdar edir:

... Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)

İfratçılıq insanı Quran əxlaqından uzaqlaşdırır. Hər şəraitdə təmkinli, təvazökar və ağıllı davranmaq möminlərin ən əsas xüsusiyyətlərindən biridir. İman gətirənlərin vəzifəsi insanlara yaxşılığı əmr etmək və onları pislikdən çəkindirməkdir. Bu, insanlara din əxlaqını izah edərək və dinsiz sistemlərlə fikri mübarizə apararaq yerinə yetiriləsi vəzifədir. Mömin bilir ki, onun missiyası yalnız doğruları təbliğ etmək və insanlara yol göstərməkdir. Möminlər insanları iman gətirməyə məcbur edə bilməzlər, çünki Allah Quranda “Dində məcburiyyət yoxdur” (Bəqərə surəsi, 256) şəklində buyurmuşdur. İnsanlara hidayət verən, yəni onlara iman nəsib edən Allahdır. İman gətirənlər isə yalnız bu hidayətə vəsilə olmaq üçün cəhd göstərirlər.

Onların doğru yola gəlməsi sənə aid deyildir. Yalnız Allah istədiyi şəxsi doğru yola yönəldir... (Bəqərə surəsi, 272)

DƏCCALA TABE OLANLARIN ORTAQ XÜSUSİYYƏTİ: ŞEYTANİ MƏNTİQLƏ HƏRƏKƏT EDİRLƏR

Onun (dəccalın) yanında iki çay olacaq. Göz birini ağappaq su, o birini isə qaynayan od kimi görəcək, fəqət içəri girənlər bunun tam tərsini görəcəklər. 9

Onun (dəccalın) fitnələrindən biri də odur ki, yanında cənnət və cəhənnəm olacaq. Cənnəti cəhənnəm, cəhənnəmi isə cənnətdir. 10

Yuxarıdakı hədislər dəccalın insanlara yaxşını pis, pisi də yaxşı kimi göstərdiyindən bəhs edən rəvayətlərdəndir. Bu, şeytanın xüsusiyyətlərindən biridir, şeytan da eynilə dəccalın etdiyini tətbiq edir. Belə ki, insanların ancaq özünə tabe olduqda xilas olacaqlarını və doğru yolda olacaqlarını iddia edir. İnsanların yaxşılığını istədiyi üçün dinsizliyə çağırdığını irəli sürür:

De: “Biz Allahı qoyub bizə nə bir xeyir, nə də bir zərər verə bilməyən şeylərəmi ibadət edəcəyik? Allah bizi doğru yola yönəltdikdən sonra, şeytanların yer üzündə azdırdığı, (mömin) dostlarının isə: “Bizə tərəf gəl!”(–deyib doğru yola) çağırdıqları çaşbaş qalan kimsə kimi geriyəmi döndəriləcəyik?” De: “Ancaq Allahın haqq yolu doğru yoldur! Bizə əmr edilmişdir ki, aləmlərin Rəbbinə təslim olaq. (Ənam surəsi, 71)

Şeytana tabe olan insanların da yaxşılıqdan başqa bir şey istəmədiklərini iddia etmələri bir ayədə belə bildirilir:

Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!”– (deyə) Allaha and içdikdə necə olacaq? (Nisa surəsi, 62)

Dəccali sistemdə şiddət, qarşıdurma və qovğaların adi qarşılanması insanların pisi yaxşı kimi görmələrinə bir nümunədir. Yuxarıda da bildirdiyimiz kimi, insanlar istədiklərini əldə etməyin ən təsirli yolunun şiddətə əl atmaq olduğuna həm özlərini, həm də ətrafındakıları inandırıblar. Məsum insanları qətl etməklə və günahsız insanlara zərər verməklə haqq yolda olduqlarını zənn edirlər. Terror təşkilatlarının üzvləri və ya dünyanın müxtəlif bölgələrində savaş və qarşıdurmaya səbəb olan insanlar şiddətə əl atmağı haqlı görürlər. Halbuki bu, böyük yanlışlıq və zalımlıqdır. Günahsız insanlara qarşı şiddət tətbiq edən heç bir mübarizə haqlı deyil.

Bu yanlışlığın əsasında həmin insanların şeytana və davamçısı dəccala tabe olmaları, başqa sözlə desək, şeytanın məntiqi ilə hərəkət etmələri durur. Halbuki hər şeyin yaradıcısı olan Allah insanlara şeytanın yolu ilə getməməyi əmr edir. Allah bunu ayələrdə belə buyurur:

Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir. (Bəqərə surəsi, 168)

Şübhəsiz ki, şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır. (Fatir surəsi, 6)

Rəbbimizin bütün əmrlərinə baxmayaraq, şeytanın məntiqi ilə hərəkət edən insanın ağlı və şüuru qapanır. Bu, inkarçıların və din əxlaqından uzaq olanların əsas xüsusiyyətidir. Quranda gözləri olduğu halda görməyən, qulaqları olduğu halda eşitməyən şəxslərə diqqət çəkilmiş, Allahın onların qəlblərini möhürlədiyi bildirilmişdir:

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 6-7)

Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Əgər sən onlara bir möcüzə gətirsən, kafir olanlar mütləq: “Siz ancaq yalan uyduranlarsınız!”– deyəcəklər. Allah bilməyənlərin qəlbini belə möhürləyir. (Rum surəsi, 58-59)

Quranda “... Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır” (Əraf surəsi, 179) ayəsi ilə bildirildiyi kimi, insanın görmə və eşitmə hissinin çalışmaması qəlbin ölü halına gəlməsinə işarə edir. Bu da dəccalın sisteminə tabe olanların doğrunu yanlışdan ayırd edə bilmədiklərini və zalım olduqlarını göstərir. Belə insan özünə və ətrafına verəcəyi zərərlərə əhəmiyyət verməz, həmçinin insanlara asanlıqla zülm edərlər. Dəccalın yalanlarına inanıb yaxşını pis, pisi də yaxşı görərlər. Onların halı Quranda belə bildirilir:

Ayələrimizi yalan sayanlar qaranlıqlar içində (qalmış) karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər. (Ənam surəsi, 39)

Allah şeytanla əlbir olan və yer üzündə şeytanın məntiqini yaşatmağa çalışan bu zalım insanların axirətdə alacaqları qarşılığı belə xəbər verir:

(Şeytan) onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir. Onların sığınacaqları yer cəhənnəmdir. Onlar oradan xilas olmağa bir yol tapa bilməzlər. (Nisa surəsi, 120-121)

DƏCCALIN QURDUĞU HİYLƏLƏR DƏ ALLAHIN NƏZARƏTİNDƏDİR

Peyğəmbərimiz (səv) hədislərdə dəccalın hiylələrinin böyüklüyünə diqqət çəkmiş və bizi bunlara qarşı xəbərdar etmişdir. Həqiqətən də, dəccaliyyətin fitnəsi elə böyükdür ki, səmimi iman gətirənlərdən başqa, demək olar ki, bütün insanları əhatə edir. Bu gün dünyada davam edən əxlaqi degenerasiya və xaos haqqında ətraflı düşünmək bu fitnənin böyüklüyünü yaxşı göstərəcək. Ölkəsindən, millətindən və irqindən asılı olmayaraq hər kəs bu fitnəyə şahidlik edir.

Lakin bir şeyi unutmaq olmaz. Quranın bir çox ayəsində iman etməyənlərin qurduğu bütün hiylələrin gerçək sahibinin Allah olduğu bildirilmişdir. Allah insanları imtahan etmək, saleh qullarını ortaya çıxarmaq, onları kamilləşdirmək və inkarçıların küfrünü göstərmək üçün şeytanın fəaliyyətlərinə izn vermişdir. Allah dəccaliyyəti də qədər (tale) içində və mütləq məğlub olacaq şəkildə yaratmışdır. İnkar edənlərin hiylələri Allahın izni ilə heç bir zaman müvəffəqiyyət qazanmaz. Bir ayədə bu sirr belə xəbər verilir:

(Zalımlar) öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir. (İbrahim surəsi, 46)

Tarix boyu inkarçılar müxtəlif hiylələr qurmuşlardır. Ancaq həmin hiylələr Allahın qanunun uyğun olaraq öz sahibinə geri dönmüşdür. Bu, Allahın dəyişməz qanunudur. Bir ayədə belə xəbər verilir:

... Onlara qorxudan (elçi) gəldikdə isə bu onların ancaq nifrətini artırdı. (Bütün bunlar) onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən. (Fatir surəsi, 42-43)

Eyni aqibət dəccalın fikir sistemi və qurduğu hiylələr üçün də əsaslıdır. Bu sistem insanları Allahın yolundan uzaqlaşdırmaq üçün qurulmuş xüsusi hiylədir. Həmin hiylələr nə qədər böyük olsa da və qurulan planlar nə qədər təsirli görünsə də, hamısı Allahın nəzarətindədir. Dəccal da, qurduğu hiylələr də yalnız Allahın diləməsi ilə mövcuddur. “Allah istəməyincə, siz istəyə bilməzsiniz!” (İnsan surəsi, 30) ayəsi ilə də buyurulduğu kimi, Allah diləmədikcə heç kim bir şey edə və hiylə qurub həyata keçirə bilməz.

çiçekler

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.

(Rad Surəsi, 42)

Mənbələr

6 Philip Morrison, "The Silicon Gourmet", Scientific American, Nisan 1997, s.92.

7 Stuart Firestein, "Olfactory Receptor Neurons", Encyclopedia of Life Sciences, Aralık 2000, https://els.net.

8 Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, https://els.net.

9 Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, https://els.net.

10 Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, https://els.net.