Keçdiyimiz günlərdə Amerikanın Texsas əyalətində bir hərbi bazada baş verən qırğın da daxil olmaqla, dünyada İslamla əlaqələndirməyə çalışılan terror aktlarının hamısı Darvinist, Leninist, Stalinist və Marksist zehniyyətin məhsuludur. Bu qırğınları reallaşdıranların İslam dini ilə əlaqələri yoxdur. Bu şəxslər Avropada, Amerikada darvinist və marksist təhsil almış, mənşəyi leninizmə, stalinizmə dayanan insanlardır. Marksist, Leninist və Darvinist zehniyyətdəki bir adam üçün qarşıdurma inandığı fəlsəfənin təməlini təşkil etdiyinə görə, ölən insanlar yalnız bir heyvan olduğundan təbii seleksiyaya nəticəsində aradan çıxarılmalı və yox edilmələri lazımdır. Bu düşüncəli insanlar üçün belə qırğınların reallaşdırılması son dərəcə məqbuldur.


Qırğınları İslam dini adına göstərməyə çalışanlar isə müsəlmanlar və xristianlar arasında, xüsusilə, fəsad salmaq istəyən, səmimi dindarların gücünü zəiflətməyi qarşılarına məqsəd qoyan, bütün dünyaya zülm, qarışıqlıq və döyüşlər yaratmağı hədəfləyən azğın masonik birləşmələrdi. Dəccalı sistemin nümayəndəsi olan masonlar, sevgi və barış dini olan İslamı tamamilə fərqli formada insanlara tanıtmaq və bunu edərək dindar insanların İslama qərəzli baxmalarını təmin etmək məqsədindədirlər. Halbuki, İslamda haqsız yerə bir cana belə qıymaq haramdır. Rəbbimiz Quran ayələrində bunu qəti hökm olaraq bildirmişdir:

“... kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar. Elçilərimiz onlara aydın dəlillər gətirdilər. Onların çoxu isə bundan sonra da yer üzündə həddi aşdılar.”(Maidə surəsi, 32)
Onlar Allahla yanaşı başqa tanrıya yalvarmaz, Allahın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar.(Furqan surəsi,68)


Allah tək bir insanı öldürməyin bütün insanları öldürmək qədər böyük bir günah olduğunu xəbər vermişdir. Allahın sərhədlərini qoruyan bir insanın nəinki minlərlə günahsız insanı qətl etmək, tək bir insana belə zərər vermək ehtimalı yoxdur.

Bundan başqa, İslama görə heç kimsə öz fikirinə görə "layiq olan”, "layiq olmayan" ayrıseçkiliyi edə bilməz. Çünki, bu ayrım Quran ilə qəti olaraq təyin olunmuşdur. Quranda bildirildiyinə uyğun olaraq İslam dinində hücum deyil, yalnız müdafiə etmək vardır. Bir müsəlman, ancaq özünün və ya yaxınlarının canı təhlükədə qaldığı halda, müdafiə etməklə hücuma qarşı mübarizə apara bilər. İslama görə yalnız belə bir vəziyyətdə özünü müdafiə etmək məqsədi ilə bir "hücum haqqı"na sahib olar. Lakin, qarşı tərəf hücumu dayandırsa, o zaman o da müdafiə etməyi dayandırmaqla məsuliyyət daşıyır. Allah, qəti hökm olaraq bunu ayələrində bildirmişdir:
Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir. ...Onlar sizinlə Məscidulharamın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası belədir. Əgər onlar (günah işlərə) son qoysalar, əlbəttə ki, Allah Bağışlayandır, Rəhmlidir! (Bəqərə surəsi, 190-192)


Dünyada ədalətdən qaçaraq cəzadan xilas olacağını zənn edirlər, öldükdən sonra axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Buna görə də, öldükdən sonra Allaha hesab verəcəklərini bilən səmimi müsəlmanlar Allahın sərhədlərini qorumaqda böyük diqqət göstərərlər. Həqiqi səmimi, dindar bir müsəlmanın Allahın haram etdiyi bir cana qıyması, kütləvi qırğınlar reallaşdırması, İslamın əsasını təşkil edən şəfqət, sevgi, bağışlayıcılıq xüsusiyyətlərindən uzaqlaşaraq insanlara zərər verə bilməsi mümkün deyil. Terror aktlarını İslam adına tətbiq etməyə çalışan zehniyyət, dünyanı dinsizliyə aparmağa çalışan Darvinist, Marksist, Materialist zehniyyətdir. Bu zehniyyətin müdafiəsini də dəccal sistemi olan masonluq boynuna götürmüşdür. Ancaq, dəccalın hiyləgər oyunu Allahın izni ilə hz. İsa (ə.s.) və hz. Mehdinin (ə.s.) çıxış dövrünə çox yaxınlaşdığımız bu günlərdə açıq şəkildə ortaya çıxmış və yox olmaq üzrədir. Dəccali sistem olan masonluq artıq insanları əvvəlki kimi aldada bilməz, bu azğın zehniyyətin İslama və səmimi dindarlara qarşı çirkin oyunları tamamilə müvəffəqiyyətsizliyə uğramaqdadır.

Hörmətli Adnan Oktarın 6 Noyabr 2009 tarixli reportajından:
ADNAN OKTAR: İslami terror yoxdur, Darvinist materialist təlimi ilə yetişdirilmiş, terrorist yetişdirilmiş nüsəlman mənşəli insanlar vardır. Məsələn, bir insan türk mənşəlidir, şəxsiyyət vəsiqəsində Türk yazılar, amma Türklüyə qarşı mübarizə apara bilər adam. İddia edilən Ergenekon təşkilatı kimi. Lakin, şəxsiyyət vəsiqəsinə baxsan türk yazılar. Şəxsiyyət vəsiqəsində müsəlman yazılması onun müsəlman olduğunu göstərməz. Müsəlman olması üçün şəfqətli, mərhəmətli, bağışlayıcı, xoşgörüşlü və insancıl olması lazım. Xoşgörüş deyərkən yəni biri cinayət törədir də sən onu anlamazlıqdan gəlirsən mənasında deyil, yəni bağışlayıcılıq mənasındadır bu söz. Buna görə də, İslami terror deyilən, dünyada bütün terror aktları törədən şəxslərin hamısına baxın, hamısı Darvinist təhsildən keçmiş insanlardır. Darvinist materialist, Marksist xəttdədirlər. Che pərəstişkarıdır. Ya da Ho Shi Minh pərəstişkarıdır. Yəni terrorla iç-içə böyümüş insanlardır. Bunun səbəbi də daha Fələstin yeni kommunist düşüncədən xilas oldu, Suriya yeni xilas oldu. İraq yeni xilas oldu. Bunlar hamısı Stalinist, terrorist düşüncədə idilər. Bu səbəblərə görə, köhnə vəsait bu anda istifadə edilir. Köhnə vəsaitin yetişdirdiyi insanlardır bunlar.
ADNAN OKTAR: Baxın mən sizə söyləyirəm, bu tərz hərəkət edən şəxslərin lider heyətlərinin hamısı Avropada yetişmişdir, Amerikada yetişmişdir. Ciddi Darvinist təhsildən keçmişlərdir. Marksist, Leninist düşüncəni və Stalinist düşüncəni yaxşıca mənimsəmiş, onu İslam adına tətbiq edən şəxslərdir. Hətta, onlara yaşıl kommunist deyərdilər bir müddət. Yəni kommunistliyə heyran müsəlmanlar. Guya ki müsəlmandırlar. Müsəlmanlıq saf bir dindir. Arı bir dindir və heç bir qatqı olmaz İslamiyyətin içində. İslamda nə vardır, o, əlavə olmaz.
ADNAN OKTAR: Bu Marksist insanların törətdiyi terror aktlarının məqsədi müsəlmanlarla xristianların bir-birinə vuruşduraraq nifaq meydana gətirib o boşluğa masonik, Marksist sistemi yerləşdirməkdir. Çünki tezis, antitez, sintez Marksın da Darvinin də müdafiə etdiyi bir düşüncədir. Darvin canlıların dialektikasını müdafiə etmişdir. Tarixin dialektikasını bir başqa qrup müdafiə etmişdir. Təbiətin dialektikasını da başqa. Bu üçünü birləşdirdiyimizdə Marksist dialektika ortaya çıxır. Bunda da həmişə mübazrizə düşüncəsi vardır. Yəni, insanlar ancaq mübarizə ilə inkişaf edə bilər düşüncəsi. Mübarizə onsuz da bir Marksistin imtina edə bilməyəcəyi xüsusiyyətidir. Yəni, hətta Marksizm olsa belə deyir onlar, yenə bir antitez inkişaf edəcək, yenə bir sintez meydana gələcək, yenidən o öz antitezini meydana gətirəcək. Qarşıdurma daima dünyanın xüsusiyyətidir deyir. İndi bunun tətbiq olunması üçün terror lazımdır. Bu, çox şeytani bir plandır. Marksistlərin, masonların, əgər tətbiq olunmuş olsa, həqiqətən çox müvəffəqiyyətli olacaq planlarıdır. Amma, mən bu planlarını pozdum. Yəni Darvinist, Marksist nəzəriyyənin gərəyini edirlər bu anda. Biz də Darvinizmi yıxaraq, bu nəzəriyyənin bir oyun olduğunu da insanlara isbat edərək, müsəlmanlarla xristianları bir-birinə vuruşdurma oyununu pozmuş oluruq.
ADNAN OKTAR: Marksizmi insanlara təbliğ edərkən, "siz çıxıb ancaq adam öldürəcəksiniz" desə kimsə Marksist olmaz, təbii ki, insancıl bir görünüş olacaq. Yəni, maskalanaraq insan ruhuna, insan mənliyinə çox müsbət təsir edən cəhəti olması lazımdır. O zaman, insanlar bunlara yanaşa bilərlər. Amma, baxın Marksizmdə mübarizə nəzəriyyəsi var. Yəni, qarşıdurma nəzəriyyəsi nə deməkdir, tezis antitez sintez davamlı bu işləyəcək demək, nə deməkdir? Davamlı qan töküləcək deməkdir. Yəni proletaria diktatorluğundan bəhs edilər, bu qandır, gözyaşıdır, iztirabdır. Ancaq, buna qarşı mütləq qarşı tezislər olacaq deyirlər. Bax, bunun qarşı tezisi faşizmdir. Faşizmlə kommunizmin zidd düşəcəyini və bundan yenidən bir sintez meydana gələcəyini və bunun yenə əksinə antitezinin meydana gələcəyini, yəni tam bir qarışıqlıqdan bəhs edirlər və anarxiyadan bəhs edirlər. Bu dünyanın qanunudur deyir və bunu Darvinin təkamül nəzəriyyəsinə söykəyirlər. Təbiətin dialektikası, canlıların dialektikası, tarixin dialektikası. Buna inanan bir insanın onsuz da Marksist olması xaricində bir yolu yoxdur, çox səmimiyyətsiz onlar. Darvinist bir insanın Marksist olması xaricində heç bir yolu yoxdur. Canlıların dialektikası əgər doğrudursa, onun inancına görə, təbiətin dialektikası da doğrudur, tarixin dialektikası da doğrudur. Və bir dialektik fəlsəfə vardır. Dialektik fəlsəfəyə inanan insanların da qarşıdurmanı qəbul etməsi lazım. Yəni, tezis antitez sintezi qəbul etməsi lazımdır. Və dolayısilə, terror və anarxiyanı qəbul etməsi lazımdır. Lenin nə üçün deyirdi gedib "bankları bombalayın polisləri öldürün, əsgərləri öldürün, bankları soyun" nə üçün deyirdi. Bunu nə üçün istəyər, bax bu hadisə odur. Tezisə antitezə, sintezə çatmaq üçün insanların belə bir mübarizə içində olmaları lazım olduğunu ifadə etmiş olur.
ADNAN OKTAR: Bu şeytani bir oyundur, İslam adına terror tətbiq olunmaz. Çünki, İslamda insan öldürmək haram. Dində məcburiyyət yoxdur, bu haram olar. Məcbur etmək haramdır. Mən cihad edirəm, mən mücahidəm. Cihad cəhd mənşəli, səy mənşəlidir. Onların etdiyi vuruşma, qırğındır. Vuruş demir Quran. Cəhd deyir Quran, cihad, dini yaymaq, izah etmək. Peyğəmbər əfəndimiz şəfqət, sevgi, mərhəmətlə, dəlillərlə isbat edərək dini izah edirdi. Din təklifdir, insan qəbul edər və ya etməz. Əgər sən ona zorla qəbul etdirsən münafiqlik meydana gəlir. Münafiq nə deməkdir bilirsinizmi, dünyanın ən alçaq insanını olmuş olarsınız. Kafirdən qat qat qat betərdir münafiq.
Aparıcı: Din uğrunda adam öldürmək vardırmı?
ADNAN OKTAR: Din uğruna özünü müdafiə edə bilərsən. Sənin evinə girərlər, uşağını öldürməyə cəhd edərlər, səni öldürməyə cəhd edərlərsə, nəfsin müdafiəsi vardır. Orada təbii ki nəfsini müdafa edərsən, yəni gəl məni öldür deyə bilməzsən, təbii ki. Amma onda da həddinizi aşmayın deyir Allah. Tam misliylə cavab verin və dayandırın deyir, dayandıqlarında da buraxın deyir. Hücumları dayandığında buraxın deyir. İrəli getməyin deyir.