“Dəccal” kəlməsi bir çoxları üçün heç bir məna kəsb etmir. Çünki insanların əksəriyyəti bu mövzuda çox az məlumata malikdir, hətta bu sözü heç eşitməyiblər. Halbuki dəccal haqqında Peyğəmbərimizin (səv) Qiyamət günün yaxınlaşdığına işarə edən hədislərində çoxlu məlumat verilib. Bu kitabın məqsədi dəccalı hədislərdə bildirilən xüsusiyyətləri ilə təsvir etmək və Peyğəmbərimizin diqqət çəkdiyi bu şeytani gücün yaxından tanınmasına vəsilə olmaqdır.
Dəccal axırzamanda (dünyanın son dövrlərində) ortaya çıxacaq ən böyük neqativ gücün adıdır. Hədislərdə, ümumiyyətlə, bir şəxs kimi təsvir edilir. Lakin bu, bir şəxs olmaqla yanaşı, şiddətə, vəhşiliyə meyilli və şeytani xüsusiyyətlərə malik, həmçinin insanlara zülm edən ideologiyanın da adı ola bilər. Kitabın növbəti səhifələrində dəccaliyyətin bu yönündən bəhs ediləcək və bunun bəşəriyyətə təsir edən azğın fikir cərəyanı olduğu göstəriləcəkdir. Bu fikir cərəyanı sanki sehr kimi kütlərə təsir edir. Cəfəng və yanlış olmasına baxmayaraq, çoxlu tərəfdarları var və öz içində belə müxtəlif məzhəblər mövcuddur.
Bu məqamlara xüsusi diqqət çəkmək lazımdır: bu cərəyan öz yanlış ideologiyasını dünyaya hakim etmək üçün insanları qorxuya salaraq qarışıqlıq, xaos və anarxiya meydana gətirir. Hədəfinə çatmaq üçün həmin cərəyanın ən çox istifadə etdiyi üsullardan biri şiddət və terror aktlarıdır. Başqa sözlə desək, terror dəccali sistemin önəmli vasitəsidir. Dəccali sistemin tərəfdarları bu vasitədən sanki bir ayin kimi istifadə edir.
Bu gün hələ də dünyanın müxtəlif yerlərində davam edən müharibə, qarşıdurma, terror aktları, qətliam və cinayətlər axırzamanın ən əhəmiyyətli şeytani gücü olan dəccalın əsəridir. Bu sistemin əsas hədəfi insanları iman, gözəl əxlaq, sevgi və mərhəmət kimi bütün insani məziyyətlərdən uzaqlaşdırıb onları sevgisiz, aqressiv və vəhşi heyvana döndərmək, bu şəkildə dünyanı qanlı arenaya çevirməkdir. Ancaq bu planın heç bir zaman qalib gəlməyəcəyini və dəccali sistemin mütləq yox olacağını qəti unutmaq olmaz. Meydana gətirdiyi xaos və fitnənin ölçüsü nə qədər böyük olsa da, bu fikir cərəyanı digər haqq olmayan fikir sistemləri kimi Allahın qanunu gərəyi yox olmağa məhkumdur. Bu məğlubiyyət Allahın izni ilə Allaha ixlasla yönələn, eləcə də yer üzündə iman və gözəl əxlaqın yayılması üçün cəhd göstərənlərin apardığı fikri mübarizə ilə baş verəcək. Bu, Allahın iman gətirənlərə vədidir. Bir Quran ayəsində haqqın ortaya çıxması ilə batili yox edəcəyi belə xəbər verilir: