Dünyada heç bir şey təsadüfən olmadığı kimi, 20 və 21-ci əsrdə bütün dünyanı bürüyən hərc-mərclik də təsadüf deyildir. Allah bu hadisələrlə insanlara əhəmiyyətli bir nümunə göstərmişdir. Bütün dünya bunu anlamalıdır: əgər insanlar sevgi, qardaşlıq, dostluq və fədakarlıq üçün yaradıldıqlarını unutsalar, birlik olub güclənməyin yerinə bölünüb çəkişməyi tərcih etsələr, həmçinin batil cərəyanlara inanıb irəliləmək üçün öldürməyin və müharibənin labüd olduğuna inansalar, gözlədikləri münaqişələr öz başlarına gələr. Bununla belə, önəmli həqiqətlə üzləşərlər: münaqişə irəliləmə deyil, yalnız fəlakət gətirir.