Qurandakı hökmlər xüsusilə hz. Muhəmməd dövründə ərəb cəmiyyətlərində yayılan kin və şəxsi intiqam duyğularından irəli gələn cəzalandırmanı ortadan qaldırmağı məqsəd güdür. Quranın daşındırıcı xüsusiyyəti bu hökmdə də görünür və cinayətin qarşısını almaqla həyatı qoruyur. Qisas da bu hökmlərdən biridir:

Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən  bir şeylə əfv edilsə, onda insafla davranmalı və  ona müvafiq qaydada diyə ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır. (Bəqərə surəsi, 178)

Qisasdan bəhs edən bu ayədə diqqət çəkən şey  bağışlamaq və əfv etməyin təşviq edilməsi və bunun daha gözəl olduğunun bildirilməsidir.

Odur ki, qisasda bizim üçün həyat vardır. Qisasın kimlərə tətbiq olunacağı və kimin tətbiq edəcəyi bəzi şərtlərə bağlanmışdır. Məsələn, qisas almağa kimin haqqı çatdığı ayədə bu şəkildə açıqlanmışdır:

Allahın,  haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Kim haqsız yerə öldürülmüşsə, artıq onun varisinə ixtiyar vermişik. Lakin o da qisas aldıqda həddi aşmamalıdır. (İsra surəsi, 33)

Digər tərəfdən, “Maidə” surəsinin 178-ci ayəsində bildirildiyi kimi, ölən şəxsin yaxını qisasdan vaz keçib diyə (qanbahası) istəyə bilər ki, bu da bağışlamağa təşviqdir. Başqa bir ayədə Allah bağışlamağın yaxşı əməl olduğunu belə bildirir:

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)

Quran ayələrindən göründüyü kimi, məqbul olan əfv və islah etməkdir. Bunun İslamdan öncə də Allahın bəyəndiyi əxlaq olduğu bildirilir:

Biz (Tövratda) onlara yazıb buyurduq ki, cana can, gözə göz, buruna burun, qulağa qulaq, dişə diş,  yaralara da (yaralar) qisas alınmalıdır. Hər kəs bunu sədəqə etsə, bu, onun üçün kəffarə olar. Allahın nazil etdiyi ilə hökm verməyənlər – məhz onlar zalımlardır. (Maidə surəsi, 45)