İçərilərindən zülm edənlər istisna olmaqla kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudumuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46)

De: “Ey kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” (Ali-İmran surəsi, 64)

Bu ayələrdən göründüyü kimi, müsəlmanların vəzifəsi kitab əhlini öldürmək,  pisləmək, onlara kin bəsləmək deyil. Müsəlmanlar kitab əhlini gözəl sözlə Allahın birliyinə çağırmalıdır.  Tövhid inancı hər üç dində əsasdır. Müsəlmanlar onlarla görüşüb təbliğ etməli, onları Allahın birliyinə və endirilən haqq kitabların hamısına inanmağa çağırmalıdırlar.  Aralarında dostluq münasibətləri olmalıdır.