Qurana əsasən, müsəlman lider cəmiyyətdəki xristian, musəvi, ateist, kommunist, aqnostik, buddist və bunlar kimi digər ideologiyalara malik insanları da qorumalıdır. Fikir azadlığını tam mənası ilə mənimsəyib insanlara hürriyyət verməlidir.

Azadlığın olmadığı yerdə qovğa, çaxnaşma, həqarət və ikiüzlü insanlar ortaya çıxır. Müsəlman lider bütün bunların qarşısını almalı və Quranın əmr etdiyini yerinə yetirməlidir. İman edən hər kəs “Ey iman gətirənlər!  Özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun” (Nisa surəsi, 135) ayəsinə əsasən, inanc və soy ayırd etmədən ədaləti təmin etməklə vəzifəlidir. Öz əleyhinə olsa belə...