Allah zülmü Quranla qadağan etmişdir. Bundan başqa, İslamda günahın şəxsə aid olması prinsipi vardır. Bir ərazini bombalamaq qətliam törətmək deməkdir və uşaq, qadın, yaşlı demədən edilən hücumlar cinayətdir. Buna bənzər olaraq insanları yalnız millətinə, dininə və məzhəbinə görə öldürüb intiqam almaq da İslama tamamilə ziddir.

İslamda savaş hüququnun təməlində ədalət, sülh və bağışlamaq var. Yaşamaq və yaşatmaq əsasdır. Dolayısilə,  Allahın müəyyən sərhədlər daxilində qəsdən adam öldürməyə qarşı daşındırıcı mənada buyurduğu və ardından bağışlamağı təşviq etdiyi qisas hökmü fərdi intiqam hissi ilə cəmiyyətlərə və həmin cəmiyyətlərin üzvlərinə tətbiq oluna bilməz. Qurandakı hökmlər bu qədər açıq-aydındır. Lakin yenə də din adından terror törətmək istəyənlərin mövcudluğu terrorun psixologiyasını araşdırmağı labüd edir.

Terrorun yanlış psixologiyası