Dünyada siyasi məqsədli intihar əməliyyatları 1980-ci illərdə ortaya çıxıb. Livandakı daxili qarışıqlıqlarda Hizbullahın həyata keçirdiyi intihar hücumları bu əməliyyatların ilkin nümunələridir. 

1980-ci ilin əvvəllərindən 21-ci əsrə kimi bütün dünyada təxminən 200 intihar hücumu həyata keçirilmişdir. Fəqət intihar hücumlarındakı əsas artım 2000-ci ilin əvvəllərində baş veib və son 30 ildə 3500-dən çox hücum həyata keçirilib.  Necə ki, təkcə 2013-cü ildə 18 ölkədə 291 intihar hücumunda təxminən 3100 insan həyatını itirib. Bu rəqəm öncəki illə (230 intihar hücumu) müqayisədə 25% artım deməkdir. Bu tarixlərdə həyata keçirilən intihar hücumlarının böyük hissəsi müsəlman ölkələrində baş vermişdir. Orta Şərq ölkələri, xüsusilə İraq on ildir ki, hücumların ən üst səviyyədə olduğu ölkələrin başında gəlir. Əfqanıstan, Pakistan, Suriya, Livan, ərəb baharının yaşandığı Tunis və Liviya, Afrikada Somali, Mali və Nigeriya, intihar hücumlarının gerçəkləşdiyi digər müsəlman ölkələri... Bəs bu hücumların sayı niyə artır? Bu problemin ilk cavabı həmin ölkələrin siyasi yöndən göstərdiyi qeyri-sabitlik ola bilər. Hücumların, ümumiyyətlə, əcnəbi ordular tərəfindən işğal edilən ölkələrdə gerçəkləşdirildiyi düşünülsə də, intihar hücumlarının yalnız 32%-i xarici qoşunların olduğu ölkələrdə meydana gəlir. Digər 68%-i isə öz vətəndaşlarına, yəni günahsız xalqa yönəlmişdir.

İraq və Suriya kimi vətəndaş müharibəsinin yaşandığı ölkələrdə məzhəb və etnik yönlü çaxnaşmalar, yaxud Misir kimi ölkələrdə millətçi dünyəvi güclərlə islami qruplaşmalar arasındakı münaqişə bu intihar hücumlarının səbəbləri arasında yer alır. İntihar hücumlarında restoran, market və məscidlər, ictimai nəqliyyatlar, yəni mülki şəxslərin olduğu mühitlər hədəf olaraq seçilir. Qadın, uşaq, yaşlı, qısası, günahsız xalq bu əməliyyatların hədəf nöqtəsi olur. Hətta İraqda olduğu kimi müsəlmanlar ibadət edərkən və ya Yəməndəki kimi dini mərasim zamanı hücumlar təşkil olunur ki, bu, son dərəcə düşündürücüdür.

Əsgərlərini Qüdsdə məscidə soxduğu üçün bir çox islami qruplaşmalar İsraili qınamış, hətta yox ediləsi düşmən elan etmişdi. Çox maraqlıdır ki, eyni qruplaşmalar müsəlmanların olduğu məscidə intihar hücumu qarşısında səssiz qalmış, hətta bunu təqdir etmişdilər.

Bu hücumların səbəbi  xurafatdan qaynaqlanır. Odur ki, Quranı əsas alan İslam əxlaqının təbliği təcilidir. Dünya bu mövzuda səfərbərlik elan etməlidir.