Son 20-30 ildə dünyada həyata keçirilən terror hadisələri, xüsusilə Orta Şərq qaynaqlı terror təşkilatlarının hücumlarının böyük hissəsi intihar yolu ilə həyata keçirilir. Qurana görə, öz canına qəsd etmək, yəni intihar etmək haramdır. Bəs bomba yüklənmiş maşını özü içində ola-ola havaya uçuran və ya üzərinə bağladığı partlayıcı maddəni mülki insanların arasında partladan şəxs bunu necə edə bilir?

Ərəb ölkələrinin çoxu İkinci Dünya Müharibəsindən sonra güc qazanan kommunizmdən nəsibini alan ölkələrdir. Misir, Suriya və İraqda güclənən BƏƏS partiyası, Çinin himayəsi ilə qurulan və səssizcə ərəb ölkələrini və İranı qoruma altına alan Şanqay qrupu və Fələstində Ərəfatın öndərliyi ilə güclənən Əl-Fətih kommunist-sosialist tərəfdarı olduqlarını  heç vaxt gizlətməyiblər. Qatı milliyyətçiliklə yoğurulan ərəb sosializminin tarix boyu ərəb ölkələrində nə qədər qan tökdüyü hər kəsə məlumdur. Tarixi bilməyənlərin isə hazırda bu ölkələrdəki duruma və ya Suriyada Hafiz Əsəd mirasının necə qorunduğuna nəzər yetirməsi kifayətdir.

Sosialist və kommunist ideologiyalarda belə vəhşiliklər qaçılmazdır. Bəzən başqasının həyatına son verməklə yanaşı, öz canına  qıymaq da bu batil anlayışda dünyanın irəliləməsinə və nə olduğu həqiqətdə bilinməyən məqsədə yardım kimi qəbul edilir. Dolayısilə, dəyərsiz gördüyü cana yenə dəyərsiz gördüyü digər canları ortadan qaldırmaq üçün qəsd etməsi bu vəhşilik sisteminə görə böyük köməklikdir.   Bu, tamamilə yanlış məntiqdir və ayrı bir müzakirə mövzusudur.

İslam haqqında yanlış məlumatlara sahib olan çevrələr həqiqətdə sülh və sevgi dini olan İslamın intihar hücumlarına izn verdiyini düşünürlər. Təbii ki, bunun ən önəmli səbəbi terror təşkilatlarının İslam dinində haram edilən bu qorxunc əməli uydurma qaynaqlarla və ya yanlış izahlarla məşru etmək cəhdləridir. Əgər hər hansı bir kamikadze törətdiyi əməli İslam adından etdiyini iddia edirsə, bu, böyük əxlaqsızlıqdır və İslama atılan iftiradır.  Burda dəhşətli xətalar vardır.

Bir müsəlman əsla adam öldürə bilməz. Bu, haramdır. Allah bir Quran ayəsində belə bildirir:

 Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. (Maidə surəsi, 32)

Ayədəki ifadə çox aydındır. Bir insanın digərini öldürməsi necə cinayət və günah sayılırsa, eyni şəkildə, özünü öldürməsi də cinayət və haramdır. İctimai yerdə özünü partlatmaq cihad deyil. Buna dəyər verib tərifləyənlər və onun şəhid olduğunu düşünənlər cihadı deyil, cinayəti alqışlayırlar. Özü ilə yanaşı, müdafiəsiz insanları da öldürmək cihad deyil, cinayətdir. Əvvəlki hissələrdə də anlatdığımız kimi İslam bir topluluğa qarşı -hücum etmədiyi müddət boyu- savaşmağı qadağan edir.

Cihad insanları doğru olana və gözəlliyə yönləndirmək üçün elmi yöndə çalışmaq, sevgi və hörmətlə münasibət qurmaqdır, onları öldürmək deyil.  Şəhidlik İslamın şərtə bağladığı dostluq və qardaşlığı yaymağa çalışarkən, yəni Allah yolunda cəhd edərkən ölümün gəlməsidir. Adam öldürmək cinayət və haramdır. Uğrunda mükafat veriləcək məziyyət deyil.

Kamikadzelər və onları dəstəkləyənlər başqalarını öldürməyi əmr edən dinin təbliğatını aparırlar. Bu insanların dini Allahın dini deyil. Bu dinə tabe olanların çox azı bu həqiqəti bilir. Bu saxta dini gerçək zənn edən və ona tabe olmağa çalışan çoxlu insan mövcuddur.

Əsl problem də elə budur: öz dinini bilməyən insanların xürafələrə sürüklənməsi. Öz dinlərini, Qurandakı gerçək sevgini öyrənmədikcə kamikadzelər də, onları təşviq edənlər də mövcudluğunu davam etdirəcəklər. Onlara doğrunu öyrətməyin yolu bomba deyil. Bunun tək çarəsi doğru təlim-tərbiyədir. Buna görə doğru şəxslərin- müsəlman, xristian və musəvilərdən sevgi tərəfdarları bir araya gəlməlidir. Birlik güclü olduqda o zaman yanlış yoldakılar da bizə qulaq asarlar.