Buraya qədərki hissələrdə axırzamanın ən böyük fitnəsi olan dəccaliyyətin necə cərəyan olduğunu və bu sistemə tabe olanların hansı xarakterə malik olduqlarını izah etdik. Bu hissədə isə dəccalın ən əhəmiyyətli fitnələrindən biri olan terror mövzusundan bəhs edəcəyik.

Terror dövrümüzdə ən çox istifadə olunan terminlərdən biridir. Eyni zamanda cəmiyyətdə terrora müxtəlif münasibətlər bəslənir. Bunun əsas səbəblərindən biri odur ki, bəzi qruplar tərəfindən terrorçu kimi görünən şəxsləri başqaları haqlı qəbul edirlər. Halbuki məqsədindən asılı olmayaraq, şiddətə əl atan, bu minvalla məsum insanları hədəf alan bir təşkilatın məqbul qarşılanması mümkün deyil. İnsanlar və ya cəmiyyətlər fərqli şeylər tələb edə və bunda haqlı da ola bilərlər. Lakin bu tələbləri qəbul etdirməyin yolu şiddətə əl atmaq deyil. İnsan silahlı hücuma məruz qaldıqda isə özünü müdafiə edə bilər. Buna görə də günahsız insanları hədəf alan hər cür şiddət və münaqişə, əslində, bir növ terror əməlidir.

Terrorun əsas strategiyası insanlar arasında qorxu yaymaq, bu yolla da istəklərini qəbul etdirməkdir. Qorxu terrorun dayaq nöqtəsidir. Terrorçu qruplaşmalar tələblərini demokratik yollarla əldə etməyə çalışmağın yerinə, şiddətə əl atırlar və bunun da çox yayındırıcı olduğunu düşünürlər. Onlara görə terror nə qədər amansız olarsa, o qədər qorxu verəcək, başqa sözlə desək, hədəfinə o dərəcədə yaxınlaşacaq.

Terrorun ən dəhşətli xüsusiyyətlərindən biri heç bir əxlaqi dəyərə sahib olmaması və heç bir qayda tanımamasıdır. Terrora əl atan şəxsdə şəfqət, mərhəmət və güzəşt yoxdur. Onu yönləndirən kin, qəzəb və intiqam hisləridir. Terrorçu şüursuz olaraq hara çatacağını düşünmədən yalnız intiqam almağı düşünür. Terror zamanı baş verənlər onun vicdanında heç bir təsir meydana gətirməz. Çünki terroru həll yolu kimi görən adamın vicdanı, dolayısilə ağıl və fərasəti qapalı olur.

terör
Bu gün dünyanın bir çox ölkələrində terror ən vacib problemlərdən birinə çevrilmişdir. Güc və təzyiq tətbiq etməyi, hədəflərinə silahdan istifadə edərək çatmağı tək çıxış yolu olaraq görən qruplar bir çox insanların həyatlarını itirmələrinə,yaralanmalarına və ya böyük maddi zərərlərə səbəb olurlar.

Halbuki Quran əxlaqında qəzəbin yeri yoxdur. Allah insanlara qəzəb kimi nəfsani hislərə qapıldıqları təqdirdə, yer üzündə təxribat və qarışıqlıq çıxacağını bildirmişdir. Buna görə də hər zaman dostluq, sülh və dostluğun tərəfində olmağı əmr etmişdir. Bu əxlaqı göstərdikdə şiddətə əsaslanan dəccal sistemi təməlindən çökər və terrorun, anarxiyanın zəmini ortadan qalxar. Beləliklə də, yer üzünə hakim olan qarışıqlıq mühiti sona çatar. Allah bir ayədə insanlara bu əxlaqı belə nəsihət edir:

Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

Din adından terror törədənlər

haçlı seferi
Orta əsrin son dövrlərində çəkilən bu şəkildə IX Luisin Nil sahillərində 15.000 əsgəri ilə birlikdə döyüşdüyü təsvir edilib.

Din əxlaqı hər cür terror əməlini tamamilə qadağan edir, ancaq bir çox terrorçu qruplaşmalar din adından ortaya çıxdıqlarını iddia edirlər. Din adından qətliam törədənlərin və ya şiddət tətbiq edənlərin dünya görüşlərinə nəzər saldıqda azğın inanca sahib olduqları üzə çıxır. Bu insanlar gerçək dini bilməyən, din əxlaqını anlamayan və yaşamayan şəxslərdir. Çünki Allahın varlığına inanıb Allahdan qorxan və Allahın endirdiyi kitaba tabe olan şəxsin günahsız və müdafiəsiz insanlara zərər verməsi mümkün deyil. Buna görə də İslam adından şiddət və terror törədənləri dindar camaat adlandırmaq doğru deyil.

Bir dinin və ya başqa fikir sisteminin çatdırmaq istədiyi əsil qayə bəzən onun saxta tərəfdarları tərəfindən yanlış şərh oluna bilər. Bu həm xristianlıq, həmdə yəhudilik dininə aiddir. Məsələn, səlibçilər 11-ci əsrin sonunda Fələstin torpaqlarını fəth etmək məqsədilə Avropadan yola çıxan avropalı xristianlar idi. Din adından yola çıxsalar da, keçdikləri hər yerdə vəhşilik törətmişdilər.

Xristianlıqda şiddətə qətiyyən yer yoxdur və xristianlıq sevgi dinidir. Dini yanlış şərh edən bu barbarların tətbiq etdiyi vəhşiliyin xristianlıq dini ilə əlaqəsinin olmadığı açıq-aydındır.

Din adından terror törədənlərin çoxu isə ilahi dinlərə deyil, bir neçə bütpərəst inanclara və ya yeni törəyən mistik təlimlərə bağlı fanatik qruplaşmalardır. Başda Amerika və Yaponiya olmaqla, bu qruplaşmalar həm öz mənsublarına, həm də digər insanlara qarşı qorxunc şiddət tətbiq ediblər. Bunların arasında bir fermada özlərini yandıraraq ölümə gedən və ya yataqlarında toplu halda intihar edənlər olduğu kimi, Yaponiyada metroya atdıqları sarin qazı ilə məsum insanlara zərər verən qruplaşmalar da vardır. Terror əməlləri ilə diqqət çəkən digər qruplaşmalar isə Ku Klux Klan və neonasistlər kimi radikal irqçi təşkilatlanmalardır. Xüsusilə son iyirmi ildə irqçi və faşist düşüncənin gənclər arasında yayılması şiddət hadisələrinin çoxalmasına səbəb olmuşdur. Bundan bir neçə il öncə Almaniyada türk soydaşlarımıza törədilən əməllər, digər bəzi Avropa ölkələrində Asiya və Afrika əsilli şəxslərə qarşı edilən təcavüzkar hücumlar, eləcə də Amerikada hələ də zənci və ərəblərin məruz qaldığı şiddət hadisələri bu qruplaşmaların törətdiyi əməllərdən bir neçəsidir.

11 Eylül terörü
11 sentyabr 2001-ci il tarixində Dünya Ticarət Mərkəzi və Pentaqona edilən terror hücumu son illərin ən böyük terror hadisələrindən biri olaraq tarixə keçdi. Minlərlə məsum insanın həyatını itirməsinə səbəb olan bu terror hücumu terrorla mübarizə məsələsini bir daha dünya gündəminə gətirdi.

Unutmaq olmaz ki, bu kitabda bəhsi keçən və keçməyən hər cür azğınlığın təməlində insanların din əxlaqından uzaqlaşmaqları və gerçək dini bilmədən yaşamaqları durur. Çünki İslam, xristianlıq və yəhudiliyin ortaq din əxlaqı şiddət və vəhşiliyi əsas alan dəccal sisteminə tam qarşıdır. Dinin əsasında sevgi, şəfqət və mərhəmət var. Allah insanlara bir-birlərinə qarşı ədalətli, anlayışlı və mərhəmətli olmağı əmr edir. Bundan başqa, insanlar bu gözəl əxlaqı dinindən, dilindən, irqindən və cinsindən asılı olmayaraq, hər kəsə göstərməklə məsuliyyət daşıyırlar. Buna görə də din əxlaqının yaşandığı bir cəmiyyətdə şiddət tətbiq oluna bilməz. Din əxlaqı insanlara hüzur, sülh və güvənlik gətirən yeganə sistemdir. Allah bir ayədə belə buyurur:

Ey iman gətirənlər! Hamınız bir yerdə sülhə (islama) gəlin! Şeytanın yolu ilə getməyin, çünki o, sizin açıq düşməninizdir! (Bəqərə surəsi, 208)

Növbəti səhifələrdə şiddəti həyatın ayrılmaz hissəsi kimi görən qrup və təşkilatlar haqqında qısa bilgi verəcəyik. Bu hissənin hazırlanmasındakı məqsəd şiddət tətbiq edən bütün terror təşkilatları haqqında geniş məlumat vermək deyil. Buradakı məqsəd hansı düşüncəni müdafiə edirmiş kimi görünsə də, şiddəti həll yolu seçən bu qruplaşmaları yönləndirən dəccalın fikir sisteminin ifşa edilməsidir. Bu məlumatlar bizə dünyada hakim olan dəccal sisteminin səbəb olduğu böyük təxribatı göstərməsi baxımından olduqca əhəmiyyətlidir.

sütunlu bahçe
Sən bağışlama yolunu tut,
yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.

(Əraf surəsi, 199)

Sən pisliyi yaxşılıqla dəf et;
Biz onların aid etdikləri sifətləri daha yaxşı bilirik.

(Muminun surəsi, 96)

İRQÇİ TERROR

İkinci Dünya Müharibəsi irqçi və faşist ideologiyanın başlatdığı müharibə idi. Bu ideologiyanın şiddət və qarşıdurma kimi dəyərləri dünyanı bir anda bürüdü. 55 milyon insan faşist vəhşiliyinin qurbanı oldu. Müharibənin müttəfiqlərin lehinə nəticələnməsi faşist ideologiyanın məğlubiyyətinə səbəb oldu, lakin faşizm yox olmadı, sadəcə gizləndi. Keçdiyimiz son on ildə isə dünyada irqçi və faşist təşkilatlanmaların və şiddət əməllərinin sayı getdikcə çoxaldı. Bir tərəfdən Avropa neonasistlərin səbəb olduğu şiddət hadisələri ilə mübarizə aparır, digər tərəfdən Amerika yenidən aktivləşən Klu Klux Klan və bənzəri Ağ İrqin Üstünlüyü təşkilatlarına qarşı tədbirlər alır. Bu gün istər neonasistlər, istərsə də Klu Klux Klan üzvləri müxtəlif hücumlar təşkil edir, öz aralarında şiddət və terroru təşviq edirlər.

Bir çoxları Klu Klux Klan təşkilatının qaradərili insanlara qarşı təzyiqlərinin 20-30-cu illərdə qaldığını və bu köhnə təşkilatın tarixdə qaldığını düşünə bilərlər. Halbuki Klan hələ də yaşayır. Bu gün ABŞ-da fərqli adlarla da olsa, çoxlu sayda Klan kilsəsi və bu kilsələrin təşkilatlarına bağlı müxtəlif irqçi qruplar mövcuddur. Həmin kilsə və qrupların üzvləri yalnız qaradərililərə qarşı deyil, başda Amerikadakı müsəlmanlar olmaqla, Avropadakı ağ irqdən başqa bütün irqlərə qarşıdırlar. Eyni zamanda inanırlar ki, bu irqlərə qarşı ciddi mübarizə aparmaq lazımdır.

Bilindiyi kimi, Klan təliminin əsası avropalı ağ irqin digər irqlərdən üstün olması və bu irqin digər irqlərlə qətiyyən qarışmaması fikrinə söykənir. Ağ irqə başqalarının qarışmaması üçün onların olduğu və yaşadığı sahələrdə digər irqlərin yaşamağına izin verilməməlidir. Çünki bu düşüncəyə görə, digər irqlərin ağların sahib olduqları imkanları əldə etmə haqqı yoxdur. Bu irqlər ağların saflığını və üstünlüyünü ləkələməyə çalışan parazitlər olaraq görülür, bunlara qarşı hər cür tədbirin alınmasının labüd olduğu düşünülür. Klanın bu düşüncələri Amerikada yaşayan digər irqlərə qarşı gerçəkləşdirilən hücumların çıxış nöqtəsidir. Bu təlqinlərin əsasında sevgi, mərhəmət və dialoq deyil, nifrət və aqressivlik var.

ırkçı terör
İrqçi təşkilatların sayının sürətlə artması 1995-ci ildə məşhur “Time” jurnalında üz qabığı mövzusu oldu. “Ölməyən şeytan” başlığı ilə verilən xəbərdə irqçi cərəyanlara II Dünya müharibəsindən sonra son qoyulduğundan, amma heç vaxt fəaliyyətlərini dayandırmadıqlarından bəhs edilirdi. Halbuki son illərdə artan irqçi hücumlar da bunun bir nümunəsi idi.

Almaniyada son illərdə yüksək həddə çatan irqçi cərəyanlardan türk qardaşlarımız da zərər çəkdi. İrqçi təlqinlərlə ağlını itirən cinayətkarların hücumları zamanı türklərin yaşadıqları evlərə də od vuruldu və soydaşlarımız diri-diri yandırıldılar.

İrq üstünlüyü anlayışının əsasını Darvinin təkamül nəzəriyyəsi təşkil edir. Darvin insan irqlərinin bəzilərinin, məsələn, Avropa irqlərinin təkamül dövründə digər irqlərə görə daha üstün olduğunu irəli sürmüşdür. Ona görə, bu üstün irqlərdən başqaları isə yarı meymun olan ibtidai canlılardır. Digər sözlə ifadə etsək, bəzi irqlər təkamüldə çox irəli getdiyi halda, bəziləri hələ də ataları olan meymunlara yaxın səviyyədədirlər. Darvin gələcəyə dair irqçi təxminlər də irəli sürərək belə yazıb:

“Bəlkə də, əsrlər sürməyəcək qədər yaxın zamanda mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən silib onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da ... şübhəsiz, ortadan qalxacaqlar. Beləliklə, insanla ən yaxın qohumları arasındakı boşluq daha da dərinləşəcək”. 11

Darvinin bu irqçi düşüncələri dövrün müstəmləkəçi imperiyaları üçün vəhşiliklərinə don geyindirmək baxımından əhəmiyyətli rol oynadı. Darvinin bu nəzəriyyəsini əsaslandırmaq üçün irəli sürdüyü iddia isə onun məlumatsızlığını göstərməsi baxımından olduqca maraqlı idi. Darvin 1881-ci ildə W.Graham adlı elm adamına yazdığı bir məktubda nəzəriyyəsinə sübut kimi türk millətini nümunə verirdi. Darvinin bu hədyanına görə, türk milləti geridə qalmış millətlər arasında yer alır və buna görə də yaxın gələcəkdə tarixə qarışacaq.

Təbii seleksiyaya əsaslanan qarşıdurmanın mədəniyyətin irəliləməsinə sizin zənn etdiyinizdən daha çox fayda verdiyini və verməkdə olduğunu sübut edə bilərəm. Düşünün ki, bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal ediləndə Avropa millətləri nə qədər risk altında qalmışdı, lakin artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə gülünc gəlir. Avropa irqləri olaraq bilinən mədəni irqlər həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdir. Dünyanın çox da uzaq olmayan gələcəyinə baxanda belə aşağı irqlərin çoxunun mədəniləşmiş yüksək irqlər tərəfindən yox ediləcəyinə inanıram.12

Şübhəsiz ki, bu iddialar cəfəngiyatdan başqa bir şey deyil. Lakin heç bir elmi əsası olmayan bu düşüncə 19-cu əsr Avropasının müstəmləkəçi dövlətləri tərəfindən qəbul edilmiş və o dövrə hakim olan türk düşmənliyinin dayaq nöqtəsinə çevrilmişdir. Dövrümüzdə dünyanın müxtəlif ölkələrində davam edən irqçi fəaliyyətlərin əsasında Darvinin bu və bənzəri fikirləri var.

Bu gün hələ də Amerikanın müxtəlif əyalətlərindən tez-tez qaradərililərə aid kilsələrin yandırıldığı, məscid və sinaqoqların hədəf alındığı, eləcə də fərqli irqlərin nümayəndələrinə qarşı hücumlar təşkil olunduğu xəbərləri gəlir. Xüsusilə 11 sentyabrda Dünya Ticarət Mərkəzində həyata keçirilən terror hücumundan sonra bu və bənzəri təşkilatların təlqinləri nəticəsində müsəlmanlara qarşı hücumların sayı artmışdır. Fərqli əyalətlərdə müsəlmanlara aid iş yerlərinə, məscidlərə və vəqflərə hücum edilmiş, bundan başqa, müsəlman tələbələr məktəblərə qəbul edilməmiş, müsəlman uşaqlar küçələrdə döyülmüşdür. Ağıl və məntiqlə düşünən hər kəs bu amansız hücumlara görə müsəlman dünyasının, xüsusilə də müsəlman mülki əhalinin və məsum uşaqların məsuliyyət daşımadığını bilir. (11 sentyabr hücumundan sonra İslamı araşdırmağa başlayan bir çox insan ağıllı davranmışdır. Bununla da müsəlman olanların sayı əvvəlki dövrlərə görə dəfələrlə artmışdır). Digər tərəfdən, bu vəziyyət irq və ya inanca əsaslanan nifrətin körüklənməsinin necə təhlükə törədəcəyinin mühüm göstəricisidir.

Klan üzvləri isə belə düşünmür. Hətta onlar 21-ci əsrdə yaşanacağına inandıqları irqlərarası böyük müharibəyə əsrlərdən bəri hazırlıq görürlər.

gazete küpürleri
1990-cı illərdə irqçiliyin yayıldığı ABŞ-da 11 sentyabr 2011-ci il tarixindən sonra da irqçi hücumlar nəzərəçarpan dərəcədə artdı. Müsəlmanların evlərinin, iş yerlərinin, məktəblərinin hədəfə alındığı bu hücumlarda eynilə Dünya Ticarət Mərkəzinə edilən hücumda olduğu kimi, məsum insanlar həyatlarını itirdilər.

Amerikada irqçiliyin meyarları

1870-ci illərdə qurulan Ku Klux Klan Amerikada, xüsusilə Birinci Dünya Müharibəsindən sonra böyük güc qazandı. 1920-ci illərin ortalarında üzvlərinin sayı dörd milyona çatırdı. 13 

“Ağdərili insanı qorumaq üçün mübarizə başladıqda düşmənlərimizi qətlə yetirəcəyik” şüarı ilə yola çıxan Ku Klux Klan düşüncəsinin ideoloji əsası başqa irqçi ideologiyalarda olduğu kimi, ağ irqin təkamül pilləsində ən üstdə yer aldığı, digər irqlərin isə aşağı pillələrdə yerləşdiyi, buna görə də hər cür pis davranışa layiq olduğu düşüncəsinə dayanır. Bu düşüncənin sahibləri Amerikada olduqca çoxlu saydadır. “National Alliance”, “World Church of The Creator” və “Arian Nation” kimi fərqli adlar altında təşkilatlanan bu qrupların ümumi şəkildə Ku Klux Klan çətiri altında olduqlarını demək yanlış deyil.

Aşağıda bir neçəsinə yer verəcəyimiz bu təşkilatlanmaların düşüncələrindəki ən əhəmiyyətli ortaq məxrəc hədəfə çatmaq üçün şiddətə əl atmağa normal yanaşmaq, hətta çox vaxt şiddət və hücumu məcburiyyət kimi qəbul etməkdir.

Yaradanın Dünya Kilsəsi (World Church of The Creator) təşkilatı

Yaradanın Dünya Kilsəsi (World Church of The Creator, WCOTC) Amerikada aktiv şəkildə aktlar həyata keçirən və gün keçdikcə daha da böyüyən irqçi təşkilatlardan biridir. Allahın varlığını inkar edən, axirət gününə, cənnət və cəhənnəmə inanmayan bu azğın təşkilatın Amerikadan kənarda da çoxlu tərəfdarı var. Təşkilatın təməl ideologiyasını ağ irqin üstünlüyü düşüncəsi təşkil edir. Bu irqçi fraksiyanın qurucusu olan Ben Klassen öz ideologiyaları barədə təşkilatın rəsmi internet səhifəsində belə yazır:

Bizim irq üstünlüyünü müdafiə edən inancımızın ana hədəfi ağ irqin yaşamağı, genişlənməyi və daha da inkişaf etməyidir. Dinimiz ağ irqin üzərinə qurulub. Kitabımız “Ağ adamın İncili”dir. Biz ölümdən sonra yaşamağa inanmırıq. Mələk, şeytan, Tanrı və digər şeylər haqqındakı hər şeyi inkar edirik... Qızıl qaydamızı xülasə olaraq belə sadalaya bilərik: Təbiət bizə yalnız öz növümüzün məsuliyyətini daşımağımızı deyir. Palçığa bulaşan başqa heç bir irqi öz növümüz kimi görə bilmərik... Qaradərililər, şübhəsiz ki, nərdivanın ən aşağı pilləsindədirlər, şimpanze və meymunlardan o qədər də üstün deyillər. Digər irqlərin irəliləməyinə kömək edə bilmərik. Kirli irqlərin müvəffəqiyyətli olub çoxalmağı və planetdəki məhdud sahəni doldurmağı üçün yardımçı ola bilmərik... Təbiət yer üzündəki bütün növlərə digər növlərlə həyat mübarizəsində rəqabət apararkən öz qabiliyyətlərinə görə qiymət verib. 14

Ben Klassen
Ben Klassen

Göründüyü kimi, bu azğın düşüncəyə ardıcılları din adını vermiş və təşkilat üzvləri bu inanca tamamilə bağlanmışdır. Lakin bu azğınlığı din adlandırmaq mümkün deyil. Sosial darvinizmin törəməsi olan bu saxta dində başqa irqlərlə mübarizə ana maddə sayılır. Hətta bu mübarizə “Rahowa” (Racial Holy War – müqəddəs irq müharibəsi) adını şüar götürməklə bunu təşkilatın əh əhəmiyyətli dəyərlərindən birinə çevirmişdir. Ben Klassen başqa bir nitqində ardıcıllarına “Rahowa”nın hansı mənaya gəldiyini açıqlayarkən bir tərəfdən də onları müharibəyə dəvət etməkdən çəkinməmişdir:

RAHOWA! Bu kəlmə ilə bütün ağ irqin əsas hədəfini və proqramını müəyyən etmiş oluruq. Bu sözün mənası budur: yəhudilərə və dünyanın digər bütün aşağı irqlərinə qarşı siyasi, hərbi, maddi, əxlaqi və dini yöndən savaşmağı qarşımıza məqsəd qoyuruq. Daha doğrusu, bunu dini inancımızın ən əhəmiyyətli və müqəddəs ünsürü olaraq görürük. Bunu qalib gəlinməli və irqlərarası müqəddəs müharibə kimi görürük. 15

İrqlər arasında gözlənən tarixi müharibə Klan təşkilatlarının ən önəmli mövzularından biridir. Demək olar ki, bütün toplantılarda bu mövzunun üzərində dayanırlar. Çıxışlarda Klan üzvləri müharibə üçün şövqləndirilir, yazılarda gözlənən böyük müharibəyə işarələr edilir. Klanın yayım vasitələrində sanki əfsanəyə çevrilən bu müharibəyə dair təsvirlərə tez-tez yer verilir. Məsələn, təşkilata məxsus “Knight-Ridder” qəzeti Kolumbiyada təşkil olunan beynəlxalq toplantı barədə bunları yazır:

Xristian cəngavərlərinin lideri Klu Klux Klan həsrətindədir... küçənin bir az o tərəfində qonşusu ilə birlikdə Klan üzvü heykəli ilə bəzədiyi bağçasını işarə verib: “Bir irq müharibəsi yaxınlaşır, Klan ağ irqin tək qurtuluş ümididir”, – deyə çıxış edənlərə səslənir.16

Bir çox irqçi təşkilatda olduğu kimi, “Rahowa”da da güclü təkamül inancı var. Digər irqlərə qarşı düşmənlik etmək və onlara qarşı şiddətdən çəkinməmək təkamül nəzəriyyəsinə olan inancın nəticəsidir. Qarşısındakını heyvan növü kimi görən bir şəxs ona hücum etməkdən, lazım gəldikdə onu öldürməkdən belə çəkinməz.

ırkçı semboller
ABŞ-da fəaliyyət göstərən irqçi qrupların istifadə etdikləri simvol və afişalar şiddətə olan meyillilikləri ilə diqqət çəkir. Aşağıda göstərilən “Etnik təmizləmə” adlı reklam isə irqçi gənclər üçün hazırlanmış kompüter oyununun reklamıdır. Oyunu qazanmaq üçün qoyulan şərt isə mümkün qədər çox insanın öldürülməsidir.

Təşkilatın Ben Klassendən sonrakı lideri Met Heylin aşağıdakı nitqi onların təkamül inancına nə qədər bağlı olduğunu göstərən nümunələrdən biridir:

Matt Hale
Matt Hale

Biz heyvanıq. Bax, məsələ də bundadır. Yalnız düşünə bildiyimiz, danışa bildiyimiz və ya iki ayaq üstündə dura bildiyimiz üçün bu fikri qəbul etmirik. Bu, təbiətin qanunlarına bağlı olmadığımız mənasına gəlmir. Çünki bağlıyıq. 17

Bu sözlər təşkilatın özünəməxsus qəribə din anlayışı olduğunun da göstəricisidir. Əlbəttə, bu dinin sevgi və mərhəməti müdafiə edən xristianlıqla heç bir əlaqəsi yoxdur. Onsuz da təşkilat üzvləri və liderləri də bu vəziyyəti açıq dilə gətirməkdən çəkinmirlər. Met Heyl də verdiyi bir müsahibədə öz dinlərinin mahiyyətini belə açıqlayır:

... Düşmənlərini, kasıb və əzilən insanları sevdiklərini deyən xristianlıq kimi bir dinin yerinə yalnız öz insanlarımızı sevən dinə ehtiyacımız var... Bütün insanların bərabər yaradıldığı fikrindən uzaqlaşmalıyıq... Ağdərili olmayan irqlərə yardımların durdurulmasına inanırıq. Bu yardımlar olmadan ağdərili olmayan irqlərin saylarının sürətlə azaldılacağına inanırıq. Özlərini bəsləyə bilməzlər. Mükəmməl bir dünyanın yalnız ağ insanlarla, dünyadakı ağdərili irqlərlə mümkün olacağına inanırıq. Dərisi ağ olmayan irqlər getdikdə və ağ olan irqlər birləşdikdə ağdərili insanlarımız sülh və rifah içində olacaq...18

Lakin irqi üstünlüyü müdafiə edənlər və sahib olduqları xüsusiyyətlərə görə üstün olduqlarını zənn edənlər əhəmiyyətli bir həqiqəti nəzərdən qaçırırlar. Bu dəyərlərin heç biri qalıcı deyil. Hər insan bir gün gec-tez öləcək və sahib olduğu hər şeyi bu dünyada qoyub Rəbbimizin qarşısında hesab verəcək. O gün heç kim heç kimə fayda verə bilməyəcək. Heç kimin irqi, rəngi və soyu əhəmiyyət kəsb etməyəcək. Dünyada ikən sahib olduğu heç bir şey ona fayda verməyəcək və heç kim etdiklərinə görə bəhanə irəli sürə bilməyəcək. Allah “Muminun” surəsində belə buyurur:

Sur üfürüləcəyi gün onların aralarında qohumluq əlaqəsi olmayacaq və onlar bir-birindən hal-əhval tutmayacaqlar. (Muminun surəsi, 101)

Klan maddələri

klukluxklan

Aşağıdakı maddələr 14 yanvar 2001 tarixində Klan iclaslarının birində Met Heylin çıxışından götürülmüşdür:

  • İrqlərin bərabər olduğunu demək öz irqimizə qarşı cinayət işləmək mənasına gəlir.
  • İrqlərin qaynayıb-qarışmasından, irqlərarası evliliklərdən və ağdərili olmayanların ölkəmizə köçməsindən nifrət edirik.
  • İrqlərarası evliliyə yol vermək irqimizə xəyanət etməkdir.
  • İnsan Haqları hərəkatları bizim üçün yanlışdır. Mənfəətlərimizə ziddir.
  • Ağ irq intellektual cəhətdən digər irqlərdən üstündür.
  • Sıra bizə gəldikdə, iqtidar bizim əlimizdə olduqda, dünyanı istədiyimiz kimi formalaşdırmağa başladıqda irqin ən yaxşısını yaradacağıq. Gələcək yalnız ağlara aid torpağımızın olduğu dövr olacaq. Digər irqləri torpaqlarımızdan qovacağıq. Qanun çərçivəsində zorla gəmilərə doldurulub torpaqlarımızdan çıxarılacaqlar. Qanun bu olacaq...
  • Ağ olmayanlar bizim üçün əhəmiyyətli deyil. Qan gölündə yatsalar belə, bizim üçün əhəmiyyəti yoxdur. Bizi maraqlandıran öz irqimizdir.
  • İrqləri fərqləndirən şey beyinləridir. Hər irqin fərqli kəllə forması və beyin həcmi var.
  • Seriyalı qatillərin niyə ağların arasından çıxdığı soruşulursa... Ağ insanlar bir şeyi etməmişdən əvvəl plan qururlar. Ağlar düşünürlər. Qaraların işlədiyi cinayətlərin çoxu ibtidaidir. Ağlar işləyəcəyi cinayəti öncədən düşünürlər. Ağlar belə cinayətlər işləyirlər, çünki belə cinayətlər plan qurmaq qabiliyyətini labüd edir. 19

Bu maddələr bir Klan üzvünün düşüncə formasını göstərmək baxımından diqqətəlayiqdir. Bu düşüncəli insanlar üçün irq üstünlüyü adından vəhşilik törətmək məqbul qarşılanır.

 Beynəlxalq İttifaq (National Alliance) Təşkilatı

Amerikada gənclər arasında böyük güc qazanan faşist təşkilatlardan biri də Beynəlxalq İttifaq (National Alliance) təşkilatıdır. Təşkilat ilk dəfə 1970-ci ildə gənc fizika professoru dr.Uilyam Pirs tərəfindən Oreqon Universitetində “Beynəlxalq Gənclik Birliyi” adı altında qurulmuşdu. Ən böyük xüsusiyyəti kollec və universitetləri hədəf alması idi. Üzv olmaq üçün yaş məhdudiyyəti 6-30 yaş arası idi. Lakin daha sonra bu yaş məhdudiyyəti ortadan qaldırıldı və Beynəlxalq İttifaq adı ilə yeni təşkilat quruldu. Bu təşkilatın əsas məqsədlərindən biri gənclərin irqçi düşüncə ilə yetişdirilməsidir. Beləliklə, irqi üstünlüyünü əsas tutan nəsillərin yetişməsi təmin olunacaqdı. Başqa irqçi təşkilatlar kimi Beynəlxalq İttifaq da bütün şərtlərdə ağ irqin üstünlüyünü qorumağı planlaşdırırdı. Dr. Pirs 1997-ci ildə verdiyi bir müsahibədə bu hədəfdən belə bəhs etmişdi:

Dr. Pierce
Dr. Pierce

Müvəffəqiyyətli olmaq üçün nəyin bahasına olsa da, özümüzü qaradərililərdən və digər ağ irqlərdən tamamilə ayırmalıyıq, həmçinin onlardan uzaq durmalıyıq... Onlardan qurtulmalıyıq. 20

Əlbəttə, Beynəlxalq İttifaq Təşkilatı ilə digər faşist təşkilatlar arasındakı tək bənzərlik bu deyil. Təkamül nəzəriyyəsinə olan inanc başqalarında olduğu kimi, Beynəlxalq İttifaqda da ön plandadır. Təşkilat üzvləri hər nə qədər dindar olduqlarını iddia etsələr də, verdikləri açıqlamalar inanclarının dinə tamamilə zidd olduğunu göstərir. Çox vaxt özləri də bu həqiqəti dilə gətirirlər:

Özümüzü təbiət qanunlarına görə təkamülləşən ətrafımızdakı unitar dünyaya inteqrasiya olunmuş görürük. Sadə dillə desək, yalnız bir həqiqət var və bu, təbiətdir: bizlər təbiətin bir parçasıyıq və təbiətin qanunlarına tabeyik. Biz bu qanunlar çərçivəsində öz taleyimizi müəyyən edirik ... Başqa sözlə desək, seçmək imkanına sahib olduğumuz hər şeyə görə özümüz məsuliyyət daşıyırıq, xüsusilə çevrəmizin və irqimizin taleyi üçün. Bu düşüncə semit düşüncə ilə təzad təşkil edir.21

Göründüyü kimi, zamanla faşist və irqçi təşkilatların danışıqlarında dini terminlərdən istifadə etmələri və ya özlərini dindar göstərmələri yalnız taktikadır. Müxtəlif sosioloqlar və akademiklər də araşdırmalarında buna çox diqqət yetirirlər. Həmin akademiklərdən biri Bostonda “Northeastern” Universitetinin şiddət və sosial qarşıdurmalar kafedrasının müdiri Cek Levindir. Levin deyir ki, təşkilat Müqəddəs Kitaba dair bəzi ifadələr işlətməklə öz aqressiv hərəkətlərinə dini don geyindirməyə çalışır. 22

ŞİDDƏT VƏ TERROR TƏRƏFDARI OLAN BİR İDEOLOGİYA:
NEONASİZM

neo nazi sembolü Klu Klux Klan çətiri altında toplaşan irqçi təşkilatlar Amerikada irqçiliyi və əcnəbi düşmənliyini təmsil edirlər, Avropada isə bu işi neonasistlər öz öhdələrinə götürüblər. Əvvəllər İngiltərədə skinhedlərdən başlayan Avropa irqçiliyi 1990-cı illərdə nasist cərəyanına çevrildi. Özlərini “neonasistlər” adlandıran bu təşkilatların əsas xüsusiyyəti odur ki, onlar da Klu Klux Klan kimi ağ irqin üstünlüyünü müdafiə edir və kasıb məhəllələrdə yaşayanlara qarşı hücumlar təşkil edirdilər.

Son 10 ildə neonasist cərəyanı güclənməyə və təsir dairəsini genişləndirməyə davam etmişdir. Bu təşkilatlar 6 qitədə və 33 ölkədə aktiv vəziyyətdədirlər. Üzvlərinin sayı isə 70 minə çatır. Neonasistlər hər ölkədə özlərinə fərqli hədəflər seçiblər. Aparılan araşdırmalar onların Almaniyada türkləri, Macarıstan, Slovakiya və Çex Respublikasında qaraçıları, İngiltərədə asiyalıları, Fransada şimali afrikalıları və Braziliyada şimal-şərqliləri hədəf seçdiyini göstərir. Şiddət, kin, nifrət, təhdid, zərər vermək neonasistlərin başlıca xüsusiyyətlərindəndir.
Almaniyanın rəsmi statistikasına görə, 1999-cu ildə təkcə Almaniyada irqçilik və əcnəbi düşmənliyindən qaynaqlanan 10037 hadisə qeydə alınmışdır. 2000-ci ildə irqçilik zəminində baş vermiş insidentlərin sayı on mindən çoxdur. İngiltərədə isə təkcə aprel və sentyabr ayları arasında irqçilik zəminində baş verən cinayətlərin sayı 10982 olmuşdur. Bu cinayətlərin yarısının qorxutmaq, çəkindirmək və gözdağı vermək şəklində olduğu müəyyən edilmişdir. Öldürmək, yaralamaq, ev və iş yerlərinə hücum etmək kimi aktlar isə bu cinayət siyahısının digər yarısını təşkil edir.

90-cı illərdə böyüyən neonasist cərəyanının fikir ataları arasında radikal sağçılığı müdafiə edən Luis Bim və Uilyam Pirs adlı amerikalı ideoloqların xüsusi yeri var. Onların ortaya qoyduğu “lidersiz müqavimət” və “ağ inqilab” anlayışları bu gün bütün neonasist hərəkatına hakim vəziyyətdədir. Dövrümüzdə müxtəlif ölkələrdə yaşanan bombalamaq, qundaqlamaq və iş yerlərini dağıtmaq kimi fərdi terror əməllərinin təməlində də “lidersiz müqavimət” anlayışı durur. Bunun əsasında neonasistlər fəaliyyətlərini ya fərdi olaraq, ya da kiçik dəstələr şəklində davam etdirirlər.

Dr. William Pierce tarafından kaleme alınan Hunter (Avcı) ve The Turner Diaries (Turner Günlükleri) adlı kitaplarMilli İttifaq Təşkilatının liderlərindən olan Uilyam Pirsin Endryu Makdonald ləqəbi ilə yayımladığı “Törnerin gündəliyi” və “Ovçu” adlı romanları irqçilərin müraciət etdikləri əsas mənbələrdəndir. “Törnerin Gündəliyi” kitabında bir irqçinin Federal Təhqiqat Bürosunun mərkəzini bombalamasından bəhs edilir. “Ovçu” adlı romanın qəhrəmanı isə yəhudiləri və digər azlıqları qətl edən bir şəxsdir.

Dr.Uilam Pirs tərəfindən qələmə alınan “Hunter” və “The Turner Diaries” adlı kitablar neonasist terrorunun ana qaynaqları kimi qəbul edilir. Fransa Milliyyətçi Sosialist Hərəkatının həmin bu kitabları əsas götürüb hazırladığı “Aryan İnqilabına Praktik Bələdçi” (“A Practical Guide to Aryan Revolution”) adlı kitabçada isə bir neonasistin ehtiyacı olan hər cür məlumat vardır. “Gizli fəaliyyət metodları, qaçıb gizlənmək, sui-qəsd, bombalamaq, ziyankarlıq, irqi müharibə, inqilabi prosesin yaradılması, Aryan Azadlıq Hərəkatı əsgərlərinin davranışları” kimi başlıqlardan ibarət bu kitabça sözün əsil mənasında bir terrorçunun əl kitabçasıdır.23

Bu qrupların içində aktiv şəkildə iştirak etməsələr də, faşizmi müdafiə edən və bu kitablardan təsirlənən bir çox insan var. Məsələn, “Ternerin Gündəliyi” (“The Turner Diaries”) adlı kitabda bir yeraltı təşkilatın dövlətin qarşısında necə təşkilatlandığından və hansı fəaliyyətləri göstərdiyindən bəhs edilir. 1998-ci ildə Texasda bir zəncini yük maşınının arxasına bağlamaqla sürükləyib öldürən Con Uilyam King adlı şəxsin məhkəmədə bu cinayətini “Ternerin Gündəliyi”nə əsaslandırdığını deməsi bu təsirin miqyasını göstərir.

1993-cü ildə Oklahamada Timoti Makvey tərəfindən həyata keçirilən bombardmandan sonra diqqətlər bu dəfə neonasist Uilyam Pirsin başqa kitabı olan “Ovçu”ya (“Hunter”) yönəldi. Çünki Pirs həmin kitabında təkbaşına hərəkət edən bombardmançıdan bəhs edirdi. Kitabın qəhrəmanı hər hansı bir dəstənin və ya təşkilatın dəstəyi olmadan eyni Timoti Makvey kimi öz istəyi ilə qəsdən hücum təşkil edirdi.24

neo naziler
Son illərdə dünya səviyyəsində yenidən fəaliyyət göstərməyə başlayan neonasistlərin ideologiyası onları vəhşilikdən, qan tökməkdən zövq alan zülmkar insanlara çevirir. Adətən cahil insanları təsir altına salan neonasist cərəyanı bir çox ölkələr üçün böyük təhlükədir.

Oklahamanın bombalı hücumçusu da neonasist idi

Amerika xalqının 2001-ci il 11 sentyabr tarixli hücumdan əvvəl şahid olduğu ən böyük terror hadisəsi Timoti Makvey tərəfindən Oklahamadakı Federal Binaya edilən bombalı hücumdur. Bu hücumdan sonra uşaqlar da daxil olmaqla, 168 nəfər həyatını itirmişdi. Hadisənin maraqlı yönü isə Makveyin həm azğın təriqət pərəstişkarı, həm də neonasist olması idi.

Makvey bu qətliamı 1993-cü ildə fermalarında yanaraq ölən Devid Koreş və ardıcıllarının intiqamını almaq üçün törətdiyini demişdi. Makveyə görə, Koreş və təriqət üzvləri özlərini yandırmamışdılar, Amerika dövləti tərəfindən yandırılmışdılar. Buna görə də hadisənin intiqamını Amerika dövlətindən almağa qərar vermiş, Federal Binaya bombalarla hücum edərək dövlət işçilərini öldürməyi planlamışdı. Devid Koreş təriqətinin intihar hadisəsindən tam iki il sonra - hadisənin il dönümündə partlayıcı ilə dolu yük maşınını binanın önündə qoyub soyuqqanlılıqla baş verənləri izləmişdi. Hücum əsnasında Terri Nikols adlı neonasist dostu da Makveyə kömək etmişdi. Terri Nikols ilə birlikdə hadisədən qabaq Makveyə dəstək olan, partlayıcı maddələri tapmaqda ona yardım edən və onun belə hücumu planladığını bilənlərin ortaq xüsusiyyəti isə neonasist olmaları idi.

Makvey edam edilməmişdən əvvəl “The Buffalo News” adlı qəzetə göndərdiyi məktubunda etdiklərindən peşman olmadığını və dövlətə qarşı apardığı mübarizədə bombalamağın ən doğru taktika olduğunu demişdi. Tamamilə xəstə zehniyyətin məhsulu olan bu hücum bizə bir daha bu cür cərəyanların insanlarda hansı təxribatları yaratdığını və cəmiyyətlərə necə böyük bəlalar gətirdiyini göstərməsi baxımından ibrətvericidir. 25

Bura kimi müxtəlif nümunələri ilə araşdırdığımız kimi, dəccali sistemdə insanlar arasında irq, dil və cinsiyyətə görə ayrı-seçkilik edilməsi və digər irqlərin vəhşi üsullarla qətl edilməsi məqbul qarşılanır. Bundan başqa, bu ayrı-seçkilik cəmiyyətlər arasında münaqişə və müharibələrə səbəb olan bir növ isteriyaya döndərilir. İnsanlar yalnız dil, din və irqləri fərqli olduğu üçün hücumlara məruz qalır və müxtəlif təcavüzlərə uğrayırlar. Bunun səbəblərindən biri Quranda da bildirildiyi kimi, şeytanın insanlara millətçiliyi gözəl göstərməsidir. Dövrümüzdə terror əməllərini təşviq edən və ya birbaşa gerçəkləşdirən qruplaşmaların bir qismi bu təhriklərə qapılıb fəaliyyətlərini irqçi terminlərə əsaslandırırlar. Bu irqçi təhriklərin İslama zidd olduğu Quran ayəsində açıq şəkildə bildirilir:

Kafirlər öz qəlbində cahiliyyənin hiddətli soy qoruyuculuğuna qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth surəsi, 26)

İnsanlar bir-biriləri ilə düşmən olmaq üçün deyil, tanış olub dost olmaq, yaxşı əlaqələr qurmaq üçün fərqli xalqlar şəklində yaradılıblar. Allah dəccalın terror mühiti yaratmaq üçün insanlar arasında təşviq etdiyi üstün irq ideologiyasının yanlışlığını Quranda açıqlamışdır. Cəmiyyətləri, xalqları və ya insanları dəyərli edən ancaq onların gözəl əxlaqıdır. İnsanların hansı irqdən olduğunun, yaxud hansı dildə danışdığının heç bir əhəmiyyəti yoxdur. Bu dəyərlərə görə üstün olmağa çalışmaq və digər cəmiyyətlərə düşmənlik bəsləmək dəccal ideologiyasının məhsuludur. Allah insanlar arasındakı soy fərqliliyinin dostluq və ünsiyyət vasitəsi olduğunu, üstünlüyün yalnız təqvaya, yəni iman və əxlaqa görə olduğunu belə xəbər verir:

Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)

oklahoma bombacısı

Timoti Makveyin təşkil etdiyi hücum məşhur “Time” jurnalında üz qabığı mövzusu oldu.
Yuxarıdakı şəkillərdə partlayışdan sonra çəkilmiş şəkillər göstərilib.

ŞEYTANIN TERRORU:SATANİZM

Satanizm şiddət və vəhşiliyi dini ayinə çevirən azğın ideologiyadır. Şeytanı özlərinə ilah seçən satanistlər insanlıqdan uzaq əməlləri və qanlı cinayətləri ibadət kimi yerinə yetirirlər.

Çox adam elə zənn edir ki, satanizm yalnız psixoloji yöndən gənclər arasında yayılan mistik cərəyandır. Bəziləri elə düşünə bilər ki, onlar baxdıqları filmlərdən təsirlənən və qəribə rituallara sahib olan ağılsız adamlardır. Satanistlərin ürküdücü ayinlərinin olduğu doğrudur. Lakin çoxları bu həqiqəti bilmir: satanizm keçmişi 1800-cü illərə qədər gedib çıxan materialist və ateist ideologiyadır. Bu ideologiyanın dünya miqyasında çoxlu ardıcılları var.

kuru kafalar

Satanizmin əsas xüsusiyyəti odur ki, hər cür dini dəyəri rədd edir və şeytanı özünə ilah seçərək cəhənnəmi bir növ qurtuluş yeri kimi görür. Satanizmə görə, insan heç bir şeyə qarşı məsuliyyət daşımır. Tək vəzifəsi nəfsinin istəklərini yerinə yetirməsidir. Bu vəziyyətdə əgər nəfsi insana əsəbiləşməyi, kin saxlamağı, intiqam almağı, yalan danışmağı, oğruluq etməyi, zərər verməyi və ya öldürməyi əmr edirsə, bunu etmək üçün heç bir problem yoxdur. Satanizm bunu müdafiə edərkən belə bir məntiq irəli sürür ki, nəfsin istəklərinin əngəllənməsi səmimiyyətsizlikdir. Bu azğın inanca görə, nəfsi insana qarşısındakı şəxsi öldürməyi deyirsə və insan bunu etmirsə, deməli, dürüst davranmır.

Bütün insanların təqdir etdiyi və gözəl əxlaqi xüsusiyyət kimi gördüyü sevgi, mərhəmət, səbir və bağışlamaq kimi məziyyətlərdən satanistlərdən nifrət edirlər. Satanistlərə görə, əslində, insan kin, qəzəb, intiqam kimi hislərdə sərhəd tanımamalıdır. Satanizmin əsas təlim kitabı kimi qəbul edilən “Şeytani İncil”in (Satanic Bible) beşinci maddəsində İncildə verilən “üzünə sillə vurana digər yanağını çevir” prinsipinə istinadən deyilir ki, şeytan digər yanağını çevirməyin əvəzinə intiqam almağı təmsil edir. Eyni kitabın başqa maddəsində belə bir təlimat qeyd edilir ki, düşmənlərinizdən çox nifrət edin və əgər bir adam sizə sillə vurursa, siz də ona sillə vurun.

Məlumdur ki, belə mühitdə xaos və qarışıqlıq əmələ gələr. İnsanların yaxşını pisdən ayırmaq üçün iradə göstərmədiyi cəmiyyətdə hüzur, sülh və mərhəmətdən danışmaq olmaz. Həmin cəmiyyətlərdə əsəbiləşən bir adam qəzəbini boğmaq əvəzinə, intiqam almağa çalışar. Yaxud da kasıb bir adam səbir göstərərək halal yolla pul qazanmaq yerinə, oğurluq kimi qeyri-qanuni işlərə əl atar. Elə satanizm də bunu təşviq edir.

Sağda Anton LaVey ve solda Satanic Bible (Şeytan İncili) adlı kitabı
Sağda Anton LaVey ve solda Satanic Bible (Şeytan İncili) adlı kitabı

Satanizmin irəli sürdüyü cəmiyyət quruluşu qanun-qayda tanımır. Əsas məqsəd odur ki, nəfs bütün eqoist istəklərini və pisliklərini həyata keçirsin. Modern satanizmin banisi kimi tanınan Anton Lavey “Satanic Bible” adlı əsərində satanizmin əsas prinsiplərindən bəhs edərkən davamçılarına pisliyi istədikləri kimi yaşamağı və yaymağı təlqin edir. Hətta Lavey bir müsahibəsində deyir ki, qanunlar pozulmaq üçün yazılıb, küçədə birini soymaq heç də yanlış hərəkət deyil.27 Bundan başqa, qanunları pozmağı həyatın ayrılmaz hissəsi kimi görürlər.

27

Satanizmin qanun tanımamağı təkcə bununla bitmir. Bir satanist insan yalnız özünə və ətrafına zərər verməklə kifayətlənməyib, bütün insanlığa düşmənlik bəsləyir. Satanizmə görə, şiddət təbiətin özündə var və qaçılmazdır. Bu azğın inanca görə, təbiətdəki şiddətin insanlar arasında yaşanmasında heç bir problem yoxdur. İnsanın şiddətə mane olması təbiətinə ziddir. İnsan bir gün mütləq şiddətə əl atır, o zaman buna mane olmaq məntiqli deyil.

Göründüyü kimi, satanizm son dərəcə azğın inanclarla doludur, bu da insanları aqressiv olmağa, cinayət işləməyə və hətta qətliam törətməyə yönəldir. Xüsusilə Amerikada akademiklər təsbit ediblər ki, beynəlxalq terrorun əsası satanizmdir və buna qarşı ciddi mübarizə aparmaq lazımdır. Həmin akademiklərdən biri Denver Universitetinin professorlarından olan Karl Raşkedir. Raşke mövzunun əhəmiyyətindən söz açaraq deyir ki, satanik ideologiyanın beynəlxalq terrorun əsası olduğu barədə ciddi çalışmalar aparırıq.28 Satanizmə qarşı aparılan mübarizədə ən mühüm addımın “onların işsiz-gücsüz qruplar” olduqlarını fikrindən əl çəkmək olduğunu deyən Raşke qeyd edir ki, satanistlərin törətdikləri cinayətlər araşdırıldıqda bu ideologiyanın nə qədər böyük bəla olduğu anlaşılır. 29

Şübhəsiz ki, belə bir cərəyana qarşı ən əhəmiyyətli mübarizə fikri yöndədir. Buna görə də satanizmin hansı ideologiyaları əsas götürdüyünü başa düşmək lazımdır.

Satanizmin ideoloji əsası darvinizmdir

Satanistlər kitab və jurnallarında, həmçinin internet səhifələrində insanların təkmilləşmiş heyvan olmasından, həyatın əsil mənasının mübarizə aparmaqdan, bu mübarizədə güclülərin ayaqda qalmasından bəhs edirlər. Bu vəziyyət satanistlərin düşüncələrinin ideoloji əsasının darvinizm olduğuna dair önəmli dəlildir. Belə ki, bir çox satanistin özü bun açıq şəkildə dilə gətirməkdən çəkinmir. “Satanizmin təsviri” (A description of satanism) adlı yazıda satanist yazıçı ideologiyasını belə açıqlayır:

Bir Satanist'in Gizli Yaşamı adlı bu kitap Anton LaVey'in biyografisidir.
“Bir satanistin gizli həyatı” adlı bu kitab Anton Laveyin bioqrafiyasıdır.

“...Öncəliklə, bütün insanlar sosiallaşmış heyvanlardır... Bütün insanlar və heyvanlar ortaq bioloji keçmişə malikdir. Satanizm insanların inkişaf etmiş heyvandan başqa bir şey olmadığını müdafiə edir. Bizim başqalarından üstünlüyümüz yoxdur. Biz yalnız təkmilləşib ayaqda qalmaq şansına sahib adamlarıq...”30

“Şeytan kilsəsi” nəşrlərindən olan başqa bir satanist qaynaq isə insanların təkmilləşmiş heyvan olduqlarına inandıqlarını belə bildirirlər:

“Satanizm insanı bir növ heyvan olaraq gördüyünə görə (keçmiş mədəniyyətlərdə bu həqiqətin fərqində olan və cəmiyyətlərində bunu dilə gətirənlər vardı) bu bədii və fəlsəfi ifadələri tapıb ortaya çıxaracağıq və bunları bugünkü oyanışımızın mənbəyi kimi görəcəyik.31 

Göründüyü kimi, satanizm Darvinin insanların heyvanlardan törədiyini önə sürən nəzəriyyəsini ideoloji “oyanış”ın mənbəyi kimi görür. Anton Laveyin verdiyi və “MF Magazine” adlı jurnalda yayımlanan bir müsahibəsinin giriş hissəsində darvinizm və satanizm arasındakı əlaqə belə xarakterizə olunur:

“Anton Lavey 1960-cı illərin sonunda hippilikdən xristianlığın monoton əxlaqi dəyərlərindən sıxılan fərdlər üçün sosial darvinizm ideologiyasını və pozitiv düşüncəni başa düşülən formaya salıb yeni yol əmələ gətirmişdi”.32

Şeytan kilsəsinin keşişlərindən olan Piter Hovard Qilmor isə bu azğın dini belə təsvir edir:

Anton LaVey tarafından kaleme alınmış olan "Şeytan Konuşuyor" ve "Şeytan'ın Günlüğü"
Anton Laveyin yazdığı “Şeytan danışır” və “Şeytanın gündəliyi” başlıqlı bu kitablarda satanistlərin azğın fikirlərindən bəhs edilir.

“...İndi isə bunun yerinə modern satanizmin nə olduğuna baxaq: qabiliyyətli olanların axmaqların üzərində təkrar hakim olacağı, ədalətsizliyin yerini ədalətin tutacağı, iki min ildən bəri bütün insanların bərabər olduğu yalanını irəli sürənlərin tamamilə rədd edildiyi amansız dini elita və sosial darvinist düşüncə”. 33

Əlbəttə, yuxarıdakı sətirlərdə verilmiş ədalət anlayışı bizim başa düşdüyümüz kimi, haqq və bərabərlik prinsipi üzərinə inşa edilən ədalət deyil. Bu ədalət şeytani ədalət anlayışıdır və sonrakı sətirlərdən də anlaşıldığı kimi, özlərini digərlərindən üstün görən insanlara hər cür səlahiyyət verməyi nəzərdə tutan ədalətdir.

Satanizmin başda faşizm olmaqla yalnız qərb cəmiyyətlərini üstün görən sosial darvinist anlayışı, bir çox irqçi və şovinist cərəyanla paralellik təşkil etməyinə, hətta çox vaxt bu cərəyanlarla əlbir hərəkət etməyinə səbəb olmuşdur. Hitlerin milliyyətçi sosialistləri və Mussolinin qaraköynəkliləri arasında satanizmə inanan çox adama rast gəlmək olar. Anton Lavey bu əlbirliyi belə izah edir:

“Bu müqəddəs olmayan bir ittifaqdır. Bu düşüncəni müdafiə edən fərqli insanlar keçmişdə bizimlə razılaşma əldə etdilər. Hekayələri, işıq və xoreoqrafiyaları ilə milyonlarla insanı yönləndirən Almaniya Milliyyətçi Sosialist Partiyasının antixristian gücü satanistlərə səmimi şəkildə bağlı idi”. 34

Bu cərəyanlarla satanizm arasındakı ən əhəmiyyətli ortaq məxrəc isə darvinizmdir. Bütün bu azğın ideologiyaların təməlində yerləşən sosial darvinizmi satanistlər belə müdafiə edirlər:

öjeni
Yevgenika nəzəriyyəsinin ən vacib əsaslarından biri insanların kəllə sümüyünün ölçülərinin hesablanması idi. Bu elmə zidd iddiaya görə kəllə sümüyünün ölçüsü daha kiçik olanlar geridə qalanlardır və yox edilməyə məhkumdurlar.

“Güclü olanın ayaqda qalması prinsipi fərdin həyatda qalıb-qalmamağından tutmuş müstəqil şəkildə ayaqda dura bilməyən millətlərin ortadan qalxmağına qədər cəmiyyətin hər səviyyəsinə tətbiq edilə bilər... Zəiflər sosial darvinizmin nəticələrini yaşamağa başladıqca dünyanın nüfuzunda sistemli şəkildə azalma baş verəcək. Çünki təbiət hər zaman uşaqlarını bir yandan gücləndirir və bir yandan da təmizləyir. Biz həqiqətlərdən bəhs edirik və bunu utopiyaya döndərmək fikrində deyilik”.35

Satanistlərin sosial darvinizmə olan bağlılıqlarının başqa göstəricisi də faşizmin məhsulu olan Yevgenika nəzəriyyəsini hərarətlə müdafiə etməkləridir. Şikəst və xəstə insanların cəmiyyətdən təmizlənməsini, sağlam fərdlərin cinsi yolla çoxaldılmasını irəli sürən Yevgenika nəzəriyyəsi xüsusilə nasist Almaniyasında tətbiq edilmişdir. Yevgenika nəzəriyyəsinə görə, sağlam heyvanları bir-biriləri ilə cütləşdirməklə yaxşı heyvan cinsləri əmələ gətirildiyi kimi, insan irqi də həmin formada islah edilə bilər. İnsan irqinin islah edilməyinə əngəl olan ünsürlər isə (şikəstlər, xəstələr, ruhi xəstələr və s.) cəmiyyətdən təmizlənməlidir. Beləliklə, nasist Almaniyasında on minlərlə irsi xəstəliyi və ruhi problemləri olan adam amansız şəkildə öldürülmüşdür.

Satanizm də eyni qorxunc cinayətləri müdafiə edir. Satanistlərin yevgenika haqqında düşüncələri öz qaynaqlarında belə qeyd olunur:

Satanistlər bundan başqa, Yevgenika nəzəriyyəsinin tətbiq olunması ilə təbiət qanunlarının inkişaf etdirilməsi yollarını axtarırlar... Bu törəmək qabiliyyəti olan insanları dəstəkləməklə gen hovuzunu insanlığın daha sürətli irəliləməsini təmin edəcək şəkildə inkişaf etdirmə cəhdidir. Bu, dünya miqyasında ümumi şəkildə tətbiq olunan üsuldur... Genetik kodlar açılana qədər və soyumuzu davam etdirəcək insanları seçənə qədər satanistlər ən yaxşıların ən yaxşılarla birləşməsini müdafiə edəcəklər36

Satanizmin azğın ayinləri

Satanizm deyildikdə bir çoxlarının ağlına onların qara magiya ayinləri və bu ayinlər zamanı yaşanan qorxunc vəhşiliklər gəlir. Lakin insanların bir qismi bunların yalnız qorxu filmlərində baş verdiyini, həqiqi həyatda belə hadisələrin yaşanmadığını zənn edir. Halbuki filmlərdə gördüyümüz səhnələr satanist ayinlərin ayrılmaz hissəsidir.

Bu ayinlərin əsas məqsədi şeytanla əlaqə qurmaq və onun “nəsihət”lərini dinləməkdir. Bunun üçün xüsusi yerlər hazırlanır. Satanizmdə bu şeytani ritualların nə qədər əhəmiyyətli yer tutduğunu görmək üçün satanistlərin hazırladığı kitablara və internet səhifələrinə qısa nəzər yetirmək kifayətdir. Belə yayımların ortaq xüsusiyyəti, əsasən, qaranlıq və qanlı görüntülərlə şeytani ayinləri təbliğ etməkdir. 18 yaşından kiçik satanistlərə müxtəlif öyüdlər verən məşhur satanist internet saytlarının birində həmin ayinlərin satanizmin əsaslarından olduğu bildirilir. Kütləvi halda ayin keçirməyən gənclərin təkbaşına olsalar belə, mütləq ayin keçirməli olduqlarından bəhs edilir.

satanist siteler
Satanistlərin təbliğat üçün ən çox istifadə etdikləri yerlərdən biri də internetdir. Azğınlığın və zülmün təlqin edildiyi bu saytlarda gənclər qaranlıq bir dünyanın içinə çəkilir və şeytanın əmrlərinə itaət etməyə, adam öldürmək, zülm etmək, qan içmək kimi vəhşiliklərin hakim olduğu ayinlərə qoşulmağa yönləndirilir. .

Şeytanı özlərinə rəhbər götürən cəmiyyətdə hər cür azğınlıq, əxlaqsızlıq və vəhşilik adi qarşılanır. Satanistlər üçün bunlar şeytanın onlara ilhamıdır və bu əmrlər mütləq yerinə yetirilməlidir. Bu əmrlərə itaət edən satanistlər cinsi sapqınlıqlar törədir, insanlara və heyvanlara işgəncə verir, hətta öldürdükləri canlının və insanın qanını belə içirlər. Dünyanın bir çox ölkəsində satanist olduğunu deyən gənclər bir yerə yığışıb narkotik maddə qəbul edir, hər cür əxlaqsızlıq edir və çox vaxt şeytan üçün dostlarından birini öldürürlər.

Satanistlərin ayinlərində qan tökməyə xüsusi əhəmiyyət vermələri şeytanın insanlıq üzərindəki planının simvolik ifadəsidir. Şeytan böyük nifrətlə baxdığı insan soyuna əlindən gəldiyi qədər acı vermək istəyir. Buna görə də dünyada qan tökməyi özünə məqsəd seçmişdir. Əvvəlki səhifələrdə haqqında danışdığımız faşizm, irqçilik və kommunizm kimi dəccali ideologiyalar şeytanın bu məqsədinə xidmət edir. Bu və bənzəri din düşməni olan ideologiyaların tərəfdarları tərəfindən törədilən bütün müharibə, qətliam, cinayət və terror aktları şeytanın qan tökmək istəyini təmin edən satanist ayinlərdir.

satanist gazete küpürleri

Özlərini “satanist” elan edənlər qan tökməyi açıq mərasimlərlə tətbiq edirlər. Yer üzündə terror və anarxiyanı körükləyənlər isə eynisini üstüörtülü və daha əhatəli şəkildə həyata keçirirlər. Qısası, şeytan və onun yer üzündəki sistemi olan dəccaliyyət aldatdığı insanlardan istifadə edərək yer üzünü sanki kütləvi qırğın məkanına çevirməyə çalışır.

Satanizm təməlindən məğlub olmağa məhkum ideologiyadır

Satanizmin təhlükəsi ilə bağlı bir şeyə diqqət etmək lazımdır. Onlardan saylarını soruşduqda çox olduqlarını deyirlər. Həqiqətən də, fərqində belə olmadan satanizmi yaşayan çoxlu sayda insanlar var. Çünki insan vicdanının səsini dinləməyib gözəl əxlaqı yaşamırsa, deməli, nəfsinə və şeytanın əmirlərinə tabedir. Satanistlərin bu günə qədər səbəb olduqları bəlalar nəzərə alındıqda belə insanlardan ibarət cəmiyyətin aqibətinin nə qədər acı olacağı məlumdur.

Satanizmin təməl fikri olan insanın bir növ heyvan olması iddiası isə tamamilə cəfəngiyatdan ibarətdir. İnsan kor təsadüflər nəticəsində ortaya çıxan varlıq deyil. Bütün kainatdakı nizam və ehtişam kimi insanı da yaradan üstün və hər cür nöqsandan münəzzəh olan Allahdır. Allah insanları düşünüb dərk edən, yaxşını pisdən ayırmağı bacaran və Allaha qarşısında məsuliyyət daşıyan varlıqlar kimi yaratmışdır. Hər insanın nəfsi pisliyə təşviq etdiyi kimi, vicdanı da pislikdən çəkinməyi və qorunmağı əmr edir. İnsan isə nəfsinin yox, vicdanının səsini dinləməli və Allahın razı olduğu əxlaqı göstərməlidir. İnsanın göstərdiyi gözəl əxlaq həm özünün və cəmiyyətinin rahat yaşamağını, həm də axirətdə Allahın izni ilə ən gözəl qarşılığı almağını təmin edəcək.

Bir şeyi yadda saxlamaq lazımdır ki, şeytanın insanlara bəzəkli göstərdiyi həyat böyük yalandır. Şeytan insanlara dünya həyatında müxtəlif vədlər verə və onları doğru yoldan azdırmağa çalışa bilər. Onun insanları dəvət etdiyi yol fəlakətdən başqa bir şey deyil. Çünki şeytan və onun davamçıları təməldən məğlub olmağa məhkumdur. Quranda bu həqiqəti bizə xəbər verən ayələrdən bəziləri belədir:

Onlar ... yalnız üsyankar şeytana sitayiş edirlər. Allah (şeytana) lənət etdi. O isə dedi: “Mən Sənin qullarından müəyyən bir qismini hökmən ələ alacağam. Mən onları mütləq azdıracaq və xülyalara salacağam; onlara mal-qaranın qulaqlarını kəsməyi buyuracaq və Allahın yaratdıqlarına dəyişiklik verməyi əmr edəcəyəm”. Allahı qoyub şeytanı özünə himayədar tutan şəxs açıq-aşkar ziyana uğramışdır. (Nisa surəsi, 117-119)

ŞİDDƏTİN O BİRİ ÜZÜ:AZĞIN TƏRİQƏTLƏR

Əvvəlki hissələrdə başda Amerika olmaqla dünyanın bir çox ölkəsində azğın düşüncələrə sahib batil təriqətlərdən və bunların müxtəlif terror aktları törətdiklərindən bəhs etdik. Bu mistik qruplaşmalar ictimai nizamı pozur, üzvlərini şiddətə təşviq edir, hətta cinayət və intiharlara belə sürükləyirlər. Bunların arasında ən məşhurları özlərini kütləvi şəkildə yandıran Devid Koreş və davamçıları, birlikdə intihar edən “Heavens Gate” və Yaponiya metrosuna sarin qazı atıb yüzlərlə insanın zərər görməsinə səbəb olan “Aum Shinrikyo” təriqətləridir.

Bunlardan başqa, xüsusilə Amerikada, demək olar ki, hər gün belə qruplaşmaların hücumlarına və fərdi intiharlarına rast gəlinir. Qrup şəklində intihar edənlərin bu günə qədər sayca ən çox olanı isə “The Peoples Temple” təriqətidir.

1970-ci ilin sonunda qurulan və başçısı Cim Cons olan bu təriqət cəmiyyətdən uzaq bir yerdə – meşəlik ərazidə yaşayırdı. 1978-ci ildə konqres üzvü Leo Rayn gələn şikayətlərdən dolayı araşdırma üçün Constaun adlı həmin bölgəni ziyarət etdi. Rayn Constaundan uzaqlaşan zaman təriqətdən ayrılmaq istəyən 18 nəfər də ona qoşulmaq istədikdə qanlı hadisə baş verdi. Təriqət üzvləri təriqətdən ayrılmaq istəyənlərə atəş açmağa başladılar. Açılan atəşlərdən konqres üzvü Rayn, üç müxbir və ayrılmaq istəyən bir təriqət üzvü öldü. 11 nəfər də ağır yaralandı. Hadisədən bir neçə saat sonra təriqət başçısı üzvlərə sianid-potaş içib intihar etməyi əmr etdi. Zəhər birinci valideynləri tərəfindən körpələrə vuruldu. Daha sonra uşaqlarla birlikdə 900-dən çox adam özünü zəhərlədi. 37

Jim Jones liderliğinde kurulan The People's Temple tarikatı,
1970-ci illərin sonunda Cim Consun rəhbərliyi ilə qurulan Xalqlar məbədi təriqəti ən çox sayda insanın qrup şəklində intihar etdiyi azğın təriqət olaraq tarixə keçdi. Uşaqlar da daxil olmaqla 900-dən çox insan özünü zəhərləyərək öldürdü.

90-cı illərdə isə kütləvi halda ölümləri ilə diqqəti çəkən qrup Devid Koreş təriqəti oldu. 28 fevral 1993-cü ildə təhlükəsizlik əməkdaşları araşdırma aparmaq üçün təriqətin Texasın yaxınlığındakı fermasına girmək istədikdə təriqət üzvləri onları gülləbarana tutdu. Bundan sonra həmin ərazi 51 gün boyunca mühasirəyə alındı. Mühasirənin 51-ci günündə təhlükəsizlik əməkdaşlarından biri fermaya girməyə çalışarkən fermanı bir anda tüstü bürüdü. Təhlükəsizlik əməkdaşları Devid Koreşin fermanı yandırdığını və fermanın müxtəlif yerlərinə yerləşdirilən gizli tələlərin tikilini bir anda alov topuna çevirdiyini açıqladılar. Bunun nəticəsində təxminən 90 nəfər yanaraq öldü.

Jim Jones liderliğinde kurulan The People's Temple tarikatı,
David Koresh

1997-ci ildə San-Dieqonun şimalında idman ayaqqabıları və qara futbolka geyinən təqribən 40 nəfərin qrup şəklində intihar etməsi azğın təriqətlər mövzusunu bir daha dünyanın gündəliyinə gətirdi. 26 və 72 yaşları arasındakı həmin 40 nəfər o dövrdə dünyanın yaxınlığından keçən Xeyla-Boppa kometasının onları təkamülün bir üst mərhələsinə keçirəcəyinə inanaraq intihar etmişdilər. Təriqətin internet səhifəsində bu inanclarından belə bəhs edilirdi:

“Təkamül pilləsində insanın üzərində yer alan ən yaşlı üzvümüz Xeyla-Boppanın illərdir ki, gözlədiyimiz işarət olduğunu bizə bildirdi... Bu dünyadakı 22 illik təlim prosesimiz ən sonda başa çatmaq üzrədir. Buradan məzun olaraq insanın təkamülü prosesində bir üst pilləyə çıxırıq. Bu dünyadan ayrılmaq üçün hazırlaşıb Tinin komandasına qatılacağımız üçün xoşbəxtik”. (Ti 1985-ci ildə xərçəngdən ölüb; qrupun lideri Bonni Lu Trusdeyli təmsil edirdi) 38

Heaven's Gate üyeleri
Hale Bopp quyruqlu ulduzunun onları təkamül pilləsinin yuxarı mərhələsinə daşıyacağına inanan Cənnət qapısı təriqətinin üzvləri 1997-ci ildə qrup şəklində intihar etdilər. Aşağıdakı şəkildə qrupun lideri Bonni Lu Trusdal göstərilib.

Bunlar kitabı oxuyan bir çoxlarının özündən uzaq gördüyü nümunələr ola bilər. Bundan başqa, burada yalnız bir-iki nümunənin gözdən keçirilməsi də heç kimi aldatmamalıdır. Dünyanın bir çox ölkəsində azğın təriqət və təşkilatlar gəncləri öz təsirinə salır. Belə ki, bəzi insanların özlərini bu cərəyanlardan uzaq görməsi onların cəmiyyətlərə və fərdlərə verdiyi zərərin qarşısını almır. Tam əksinə, kitabın əvvəlindən bəri əhəmiyyətlə üzərində dayandığımız dəccaliyyət fitnəsinin nə qədər geniş yayıldığını və fərqli formalarda qarşımıza çıxdığını göstərir.

Yapon təriqətinin metroya hücumu

Sözügedən azğın təriqətlərin tək təhlükəli yönü təriqətə üzv olan şəxslərin canına və malına zərər vermələri deyil. Belə təriqətlər azğın düşüncələri və yaşayış tərzləri ilə ictimai nizamı da pozurlar. Bəzən isə birbaşa mülki əhalini hədəf alan hücumlar da təşkil edirlər. Yaxın keçmişdə baş verən bu hücumlardan biri yapon təriqəti “Aum Shinrikyo”nun Yaponiyada metroya sarin qazı atmağıdır. Bu hücum nəticəsində 5500 nəfər yaralanmış, 12 nəfər də ölmüşdü. Təriqət bu hücumdan başqa, 1994-cü ildə Tokio yaxınlığındakı Matsumotoda 7 nəfərin ölümü, 144 nəfərin isə yaralanması ilə nəticələnən bənzəri qaz hücumları da təşkil edib. Bununla yanaşı, təriqətin cinayət işləri arasında adam oğruluğu kimi hallar da var.

Təriqət lideri Asaharanın təlimlərinə görə, bir insan ancaq cinayət törətməklə ruhunu təmizləyə bilər. Dünya hakimiyyətinin təmin edilməsi isə ancaq tələbələrinə öyrətdiyi şiddətin tətbiq olunması ilə mümkündür. Normal insanların cinayət olaraq gördüyü hadisələr təriqət üzvlərinə görə bir növ gözəl əxlaq xüsusiyyətidir.

1994-cü ildə başlayan hücumların ilk hədəfi təriqət əleyhində cinayət işi açan və ədalət nazirliyinə məxsus evlərdə qalan hakimlər idi. Bu ilk sarin qzı hücumu 7 nəfərin ölümünə və 144 nəfərin yaralanmasına səbəb oldu. Bu zaman təriqət Asaharanın əmri ilə 70 ton tutumu olan sarin qazı istehsalat mərkəzi inşa etməyə başladı. Bununla bərabər, Asahara 1000 ədəd avtomat silah və bir milyon güllə düzəldilməsini əmr etmişdi. Təriqət muzdla çalışan rus elm adamlarının köməyi ilə uranın istifadə edildiyi bir növ nüvə silahı da istehsal etməyə çalışırdı. Asaharanın maraq dairəsində adam oğruluğu, başda vəkillər və hakimlər olmaqla, təriqət əleyhində olanların qətlə yetirilməsi də var idi.

Metroya təşkil olunan hücum isə daha geniş miqyasda əks-səda doğurdu. Səhər işə gedən metrodakı minlərlə günahsız adam hücumdan zərər çəkdi. 12 nəfərin ölümünə, 5000 nəfərin isə xəstəxanada müalicə almasına səbəb olan bu hücum həmin qruplaşmaların mülki xalq üçün hansı təhlükəni yaratdığını göstərməsi baxımından olduqca diqqəti cəlb edirdi.

Aum Tarikatı'nın düzenlediği metro saldırısı
İnsan ruhunun ancaq cinayət törədərək təmizlənə biləcəyi fikrini müdafiə edən Aum təriqətinin üzvləri 1994-cü ildə Yaponiyadakı metroya atdıqları zarin qazı ilə 12 insanın ölümünə, minlərlə insanın isə yaralanmasına səbəb oldular.

Din əxlaqından kənar qəribə və azğın inanclar icad edən topluluqlar içərisində yuxarıdakı nümunələrdə də göründüyü kimi, hər cür əxlaqsızlıq normal qarşılanır. Narkotik istifadəsindən oğruluğa, adam qaçırmaqdan işgəncəyə qədər hər cür anormal davranışların hakim olduğu təşkilatların üzvləri ən son mərhələdə intihar edirlər.

Bunu unutmaq olmaz ki, Allaha iman etməyən, gözəl əxlaqı tanımayan və Allahdan qorxub çəkinməyən insanların belə vəhşiliklər törətməsi təəccüblü hal deyil. Çünki bu adamlar etdiklərinə görə hesab verəcəklərinə, əməllərinin qarşılığının axirətdə alacaqlarına inanmırlar. Yaxud da ölümdən sonrakı həyat mövzusunda özlərinə sərf edən və tamamilə yanlış ssenarilərə inanırlar. Halbuki yeganə doğru yol Allahın qullarına göstərdiyi hidayət yoludur. Allah Quranda insanlara düşünüb dərk etməyi əmr edir. Buna görə də iman edənlər vicdanlı və ağıllı davranaraq hər hansı bir düşüncənin arxasınca qətiyyən getməzlər. Möminlər daim vicdanla hərəkət etdiklərinə görə bu onları hər cür əxlaqsızlıq və azğınlıqdan qoruyur. İman edənlər Allahın insanlara bildirdiyi ən doğru yolda olanlardır. Bu təriqət və topluluqların isə doğru yoldan azdıqları açıq-aydındır.

Şübhəsiz ki, burada nümunələrini verdiyimiz şiddət və terror əməlləri dünya miqyasındakı terrorun məhdud örnəkləridir. Uzun illərdən bəri bir çox ölkədə terror təşkilatları müxtəlif ideoloji əsaslarla cəmiyyətlərə qorxu və dəhşət saçır, günahsız insanları qətlə yetirirlər. Bunların arasında İngiltərə üçün problemə çevrilən İRA, İspaniyanın Bask bölgəsində fəaliyyət göstərən ETA, illər boyu xaricdə vəzifələrini yerinə yetirən diplomatlarımızı hədəf almış ASALA, ölkəmizin minlərlə vətəndaşını şəhid edən PKK və s. kimi təşkilatların adını çəkmək olar. Hər biri fərqli ideologiyaya malik olmaqla yanaşı, adlarını çəkdiyimiz və ya çəkmədiyimiz bütün terrorçu qruplaşmalar və şiddət tərəfdarı olan insanlar, əslində, ortaq nöqtədə birləşiblər. Bu ortaq nöqtə dinsizlikdir. Hansı ideologiyaya və ya dünyagörüşünə sahib olmasından asılı olmayaraq, bir insanı anarxiya və şiddətə aparan səbəb özünü pis əməllərdən çəkindirən vicdan və inanca sahib olmamasıdır.

Mənbələr

11Britannica CD 2000 Deluxe Edition, "Chemoreception: Process of olfaction".

12Diane Ackerman, A Natural History of the Senses, Vintage Books Edition, 1995, s. 46.

13"Research Uncovers Details Of How Sense Of Smell Works", Science Daily Magazine, 1998, http://www.sciencedaily.com/releases/1998/01/980112064707.htm

14J. E. Amoore, "Molecular Basis of Odor", C.C. Thomas, Pub., Springfield, 1970.

15L.Turin, "A spectroscopic mechanism for primary olfactory reception", Chemical Senses 21, 1996, s. 773-791.

16Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html.

17G. Ohloff, "Scent and Fragrances", Springer-Verlag, Berlin Heidelberg, 1994, s.6.

18John C. Leffingwell, "Olfaction", 2001, http://www.leffingwell.com/olfaction.htm.

19Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, http://www.els.net.

20S. Goldberg, J. Turpin, S. Price, "Anisole binding protein from olfactory epithelium evidence for a role in transduction", Chemical Senses & Flavour, 1979, s. 4:207.

21John C. Leffingwell, "Olfaction-Page 2: The Odorant Binding Proteins", 2001, http://www.leffingwell.com/olfact2.htm.

22A. Chess, I. Simon, H. Cedar, R. Axel, "Allelic inactivation regulates olfactory receptor gene expression", Cell 78, 1994, s. 823-834.

23Stuart Firestein, "Olfactory Receptor Neurons", Encyclopedia of Life Sciences, Aralık 2000, http://www.els.net.

24 John C. Leffingwell, "Olfaction", 2001, http://www.leffingwell.com/olfaction.htm.

25 Stuart Firestein, "Olfactory Receptor Neurons", Encyclopedia of Life Sciences, Aralık 2000, http://www.els.net.

26 Eric Chudler, "Brain Facts and Figures", 2001, http://faculty.washington.edu/chudler/facts.html.

27 B. Malnic, J. Hirono, T. Sato, L. Buck, "Combinatorial receptor codes for odors", Cell 96, 5 Mart 1999, s. 713-723.

28 Heinz Breer, "Olfaction", Encyclopedia of Life Sciences, Ağustos 1999, http://www.els.net.

29 John C. Leffingwell, "Olfaction", 2001, http://www.leffingwell.com/olfaction.htm.

30 K. Mori, H. Nagao, Y. Yoshihara, "The Olfactory Bulb: Coding and Processing of Odor Molecule Information", Science 286, 22 Ekim 1999, s. 711-715.

31Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html.

32 Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html.

33 P. Mombaerts, F. Wang, C. Dulac, S.K. Chao, A. Nemes, M. Mendelsohn, J. Edmondson, R. Axel, "Visualizing an olfactory sensory map", Cell 87, 15 Kasım 1996, s. 675-686.

34 "Sensing Smell", Howard Hughes Medical Institute Annual Report, 1999, http://www.hhmi.org/annual99/a243.html.

35 Tim Jacob, "Olfaction", 2001, http://www.cf.ac.uk/biosi/staff/jacob/teaching/sensory/olfact1.html.

36 L. Buck, R Axel, "A novel multigene family may encode odorant receptors: A molecular basis for odor recognition", Cell 65, 1991, s. 175-187; R. Axel, "The Molecular Logic of Smell", Scientific American, Ekim 1995, s. 154-159.

37 B. Malnic, J. Hirono, T. Sato, L. Buck, "Combinatorial receptor codes for odors", Cell 96, 5 Mart 1999, s. 713-723.

38 "Researchers Discover How Mammals Distinguish Different Odors", Howard Hughes Medical Institute News, 1999, http://www.hhmi.org/news/buck.html.