Darvin nəzəriyyəsini yazarkən yanlış təməldən yola çıxmışdı: canlıların inkişafı təbiətdəki həyat mübarizəsinə bağlıdır. Bu mübarizəni güclü olanlar qazanır. Zəiflər isə əzilərək yox olmağa məhkumdurlar.

Darvinin elmi əsası olmayan fikirlərinə görə, təbiətdə amansız həyat mübarizəsi, daimi qarşıdurma var. Güclülər həmişə zəifləri əzir və inkişaf da bunun sayəsində mümkün olur. “Növlərin mənşəyi” kitabında yazdığı alt başlıq onun bu sapqın və elmə zidd olan sözlərini ehtiva edir: “Növlərin mənşəyi, təbii seleksiya və həyat mübarizəsində üstün irqlərin qorunması ilə”.

Bundan başqa, Darvin həyat mübarizəsinin insan irqləri arasında da əsaslı olduğunu önə sürmüşdü. Bu əsassız iddiaya görə, “üstün” irqlər mübarizədə qalib gəlir. Darvinə görə, üstün irqlər avropalı ağ millətlər idi. Asiyalı və ya afrikalı irqlər isə həyat mübarizəsində geri qalmışdır. Darvin daha da irəli gedib bu irqlərin yaxın zamanlarda dünyadakı mübarizəsini itirib yox olacağını irəli sürmüşdü:

“Bəlkə də yüz il sürməyəcək yaxın zamanlarda mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcək və onların yerinə keçəcəklər. Digər tərəfdən insanabənzər meymunlar da, şübhəsiz, ələnəcəklər. Bu minvalla, insanla ən yaxın qohumları arasındakı boşluq daha da genişlənəcək. Bunun sayəsində ortada indiki avropalılardan daha mədəni irqlər və indiki zəncilərdən, Avstraliya yerlilərindən və qorillalardan belə daha geridə olan əntər meymunları qalacaq”.27

 Hind antropoloq Lalita Vidyarti, Darvinin təkamül nəzəriyyəsinin irqçiliyi sosial elmlərə necə qəbul etdirdiyini belə açıqlayır:

Darvinin ortaya atdığı “ən güclülərin həyatda qalması” düşüncəsi insanın mədəni  təkamül dövrü keçdiyinə və ən üst pillənin ağ adamın mədəniyyəti olduğuna inanan sosioloqlar tərəfindən sevinclə qarşılandı. Bunun nəticəsində, XIX əsrin ikinci yarısında qərbdə elm adamlarının əksəriyyəti irqçiliyi mənimsədilər”.28

    Mənbə
  • 27 Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, New York: Marcel Dekker, 1977, s. 2
  • 28 Alexander I. Oparin, Origin of Life, (1936) New York, Dover Publications, 1953 (Reprint), s.196